• çərşənbə, 24 Aprel, 23:36
  • Baku Bakı 23°C

Nikol Paşinyan: "İlham Əliyevlə görüşlərdən sonra dinc eranın inkişafı üçün imkanlar yaranıb"

20.12.21 14:40 526
Nikol Paşinyan: "İlham Əliyevlə görüşlərdən sonra dinc eranın inkişafı üçün imkanlar yaranıb"

"Azərbaycan Prezidenti İlham Əliyev ilə noyabrın 26-da Soçidə və dekabrın 14-də Brüsseldə keçirilən görüşlərdən sonra Ermənistan və region üçün dinc eranın inkişafına dair imkanlar yaranıb”.
"Report”TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziriNikol PaşinyanMilli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə görüşdə bildirib.
"Qeyd etmək istəyirəm ki, biz Soçi və Brüssel görüşündən sonra addım-addım ölkəmiz və regionun inkişafı üçün yeni eranın açılması istiqamətində irəliləyirik. Ermənistan hökuməti bu istiqamətdə irəliləmək üçün bütün imkanlardan istifadə edəcək”.
banner

Oxşar Xəbərlər