• çərşənbə, 27 Avqust, 10:10
  • Baku Bakı 25°C

Nikah müqaviləsinin məzmunu dəyişir

25.06.21 14:15 282
Nikah müqaviləsinin məzmunu dəyişir
Nikah müqaviləsi və onun məzmunu dəyişir.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, nikah müqaviləsinə mediasiyaya dair şərtlər də daxil edilə bilər.
Ailə Məcəlləsinə ailə münasibətlərindən irəli gələn mübahisələrin həlli ilə bağlı yeni 7-1-ci maddə daxil edilir. Layihəyə əsasən, ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn münasibətlərlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib
banner

Oxşar Xəbərlər