• cümə axşamı, 28 mart, 19:03
  • Baku Bakı 13°C

Niderlandda COVID-19: “kollektiv immunitet”

20.03.20 21:45 990
Niderlandda COVID-19: “kollektiv immunitet”
Niderland bəzi Avropa ölkələri kimi (İsveç, Böyük Britaniya) COVID-19 virusuna qarşı mübarizədə "kollektiv immunitet” strategiyasına üstünlük verib.
AZƏRTACxəbər verir ki, Niderlandın Səhiyyə naziri Bruno Bruins Böyük Britaniyanın nümunəsinə uyğun olaraq heç bir karantin elan etməmək qərarına gəlib. Bildirib ki, karantin tədbirləri başa çatdıqdan sonra virusun yenidən baş qaldırması mümkündür.
Haaqada koronavirus pandemiyası ilə bağlı parlamentdəki debatlarda çıxış edən zaman Niderlandın Səhiyyə naziri özünü pis hiss edib və ətrafdakılar ona yardım ediblər. Nazir sosial şəbəkədə bunun bir həftə intensiv iş rejiminin yorğunluğundan irəli gəldiyini bildirib. Nazir yenidən koronavirusa qarşı mübarizəyə qoşulacağını bildirsə də, istefa verib.
Bəzi Avropa ölkələrinin üstünlük verdiyi "kollektiv immunitet” strategiyasının məqsədi əhalinin zəif təbəqəsinin müdafiəsini təmin etməklə, digər təbəqələrin yoluxmasına və beləliklə ümumi immun sistemi yaratmaqdır.
Xatırladaq ki, Böyük Britaniyanın Baş Naziri Boris Consonun "kollektiv immunitet” yaratmaq fikrinə niderlandlı həmkarı Mark Rutte də qoşulub. O bildirib ki, əhalinin infeksiyaya yoluxmasına imkan verilməlidir. Bu immun sisteminin yaranmasına aparacaq, əks təqdirdə karantin müddətindən sonra virus yenidən qayıda bilər.

banner

Oxşar Xəbərlər