• cümə, 29 Mart, 00:46
  • Baku Bakı 7°C

Niderlandda anti-Azərbaycan qruplarına qarşı kütləvi aksiya keçirilib

08.04.18 20:44 636
Niderlandda anti-Azərbaycan qruplarına qarşı kütləvi aksiya keçirilib
Haaqada Azərbaycan səfirliyi qarşısında Niderland Krallığında yaşayan azərbaycanlıların kütləvi mitinqi keçirilib.

APA-nın Avropaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Avropa Azərbaycanlıları Konqresinin (AAK) Benelüks Azərbaycanlıları Konqresi (BAK) ilə birgə keçirdiyi mitinq son vaxtlar qitənin bəzi ölkələrində baş qaldıran anti-Azərbaycan qruplarına etirazlarını bildiriblər.

Yüz əlliyə qədər iştirakçının qatıldığı mitinqdə çıxış edən AAK prezidenti Sahil Qasımovbildirib ki, tək Niderlandda yox Avropada yaşayan əksər azərbaycanlılar bu kampaniyadan ciddi narahatdırlar və tarixi vətənləri Azərbaycan dövlətinə qarşı bu çirkin kampaniyanı pisləyirlər: "Biz çox təəssüf edirik ki, özünü müxalifət kimi təqdim edən bəzi azərbaycanlılar kənar qüvvələrin təsiri alta düşərək Azərbaycan dövlətinə, dövlət atributlarına qarşı təhqir edirlər. Bu, Avropada yaşayan biz azərbaycanlıları tarixi vətənimiz adına məyus edir, buna ciddi etirazımızı bildiririk. Onlar müxalifət adı ilə burada Azərbaycanın, dövlət rəhbərliyinin nüfuzunu kimlərinsə sifarişi ilə ləkələməyə çalışırlar. Söyüş, təhqir edici kampaniyalar heç bir ölkənin, hələ də Avropanın yaşam qaydalarına uyğun deyil. Bütün bunlara görə həmin şəxsləri Avropada yaşayan Azərbaycan müxalifətinin təmsilçiləri də qəbul etmirlər. Ümumiyyətlə təhqir acizlərin son silahıdır. Ümumiyyətlə o şəxslərin bu hərəkətlərdən sonra burada Azərbaycanı təmsil etmək haqları da yoxdur”. S. Qasımov qeyd edib ki, Avropada yaşayan azərbaycanlılar 11 apreldə Azərbaycanda keçiriləcək prezident seçkilərində ölkənin son illər keçdiyi inkişaf yolunu birmənalı şəkildə dəstəkləyirlər”.

BAK-ın birinci vitse prezidenti Elsevər Məmmədov isə bildirib ki, bu gün Azərbaycana, Türkiyəyə qarşı Avropada bəzi dairələr sifarişlə çirkin kampaniya aparırlar: "Azərbaycandakı inkişaf təbii ki, burda bəzi dairələri narahat edir və onlar də aramızdakı bəzilərini təsir altına alaraq çox təəssüf ki, ən çirkin təbliğat üçün istifadə edirlər. Əlləri bütün vasitələrdən üzüldüyü üçün indi də söyüş və təhqirə əl atıblar. Avropada belə hərəkətlər ən azı biz azərbaycanlıların adına utanc vericidir. Amma təbii ki, bu cəhdlər faydasızdır. Çünki son 25 ildə məhz bu təzyiqlərə baxmayaraq Azərbaycan sürətlə inkişaf edərək bu mövqeyə gəlib çatıb”.

Çıxış edən Avropa azərbaycanlılarından Niderlandın Brabant əyalətinin azərbaycanlılar Şurasının sədri Ofelya Babayeva, Sima Cəfərova, Mayisə Ağamirzəyeva və digərləri bu təhqir kampaniyasına sərt etiraz ediblər. Onlar ölkədə yaşayan azərbaycanlıların daim Azərbaycan dövlətini dəstəklədiklərini, son illər ölkədə aparılan inkişafı təqdir etdiklərini bildiriblər. Mitinq çıxışlarla davam edib. Bildirilib ki, Avropada yaşayan o bir neçə şəxs xaricdə fəaliyyət göstərən Azərbaycan diasporunun adından çıxış edə bilməz. İştirakçılar "Hər zaman, hər yerdə səninləyik Azərbaycan!”, "Vətəndən kənarda Vətən adını uca tutun!”, "AzərbaycanSuriyadeyil, olmayacaq da!”, ”Vətənimizin qüdrəti bizim qürurumuzdur!” və sair şüarlar səsləndiriblər.
banner

Oxşar Xəbərlər