• cümə, 29 Mart, 06:23
  • Baku Bakı 5°C

Neymarın “Real”a keçidi onu yaralamayacaq

14.11.18 11:20 724
Neymarın “Real”a keçidi onu yaralamayacaq
Yaponiyanın "Vissel Kobe” klubunun yarımmüdafiəçisi Andres İnyesta Neymarın "Real”a keçəcəyi ilə bağlı söz-söhbətə münasibət bildirib.
Kaspi.az xəbər verir ki, İnyesta bu keçidə loyal münasibət bəslədiyini deyib. O, "Barselona”nın da bu mövsüm yaxşı heyət formalaşdırdığını vurğulayıb:
"Neymarın "Real”a keçidi məni yaralamayacaq. Çünki bir hadisə baş verməlidirsə, mütləq baş verəcək. "Real” unikal futbolçu ilə güclənə bilər.
Elə "Barsa”da da unikal futbolçular cəmləşib. Onlar titullar qazanmağa qadirdirlər. "Barselona” bu il heyəti xeyli gücləndirib. Koutino komandaya əla adaptasiya oldu. Çox güclü komanda görürəm”.
İnyesta Neymarın "Barselona”aya qayıtmaq ehtimalına da toxunub: "Mənə elə gəlir ki, bu, çətin olacaq. Neymar dünyanın ən yaxşı futbolçularından biridir. O, oyunda təkbaşına qalib gələ bilər. Ancaq "Barsa”ya qayıdışı asan olmaz”.
banner

Oxşar Xəbərlər