AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Neymar İbrahimoviçin rekordunu qırıb

Neymar İbrahimoviçin rekordunu qırıb

İdman
29 Noyabr 2020, 13:30 264
PSJ-nin futbolçusu Neymar yeni rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, braziliyalı Liqa1 təmsilçisinin heyətində 50-ci qolu vurub.
Bu, "Bordo” ilə qarşılaşmada (2:2) reallaşıb. Neymar PSJ-də 50 qol səddinə ən tez çatan futbolçu adına yiyələnib.

O, 50-ci topu 58-ci matçında vurub. Cənubi amerikalı Zlatan İbrahimoviçə məxsus rekordu arxada qoyub. İsveçli 50-ci qola 59-cu oyunda imza atmışdı.
Liqa1-də isə yalnız iki futbolçu 100-ü daha tez yarılayıb. Onların hər ikisi "Marsel”in üzvləri olub. Qunnar Anderson 53-cü, Yosip Skoblar isə 54-cü oyunda 50-yə çatıb.