Neymar “Barsa”nın ÇL-dən qovulmasını istəyir
PSJ-nin futbolçusu Neymar UEFA-ya müraciət edib.
Kaspi.az xəbər verir ki, Neymar sabiq klubu "Barselona”dan
şikayətçidi. Kataloniya klubu müqavilə ilə futbolçuya çatacaq 26 milyon bonusu
hələ də ödəməyib. Bu bonus, Neymar "Barsa” ilə müqaviləni uzadarkən,
müəyyənləşdirilmiş şərtlərdən biri idi.
Ancaq klub rəhbərliyi Neymarın PSJ-yə keçməsini əsas gətirərək,
bonusu ödəməkdən imtina edir. Neymarın vəkilləri "Barselona”nın Çempionlar
Liqasından uzaqlaşdırılmasını tələb edirlər.
PSJ Neymarı 222 milyon avro qarşılığında transfer edib.