Nəsimi şeir müsabiqəsi uğurla həyata keçirildi
Müsahibimiz "Söz” ədəbi layihəsinin rəhbəri, şair Nigar Həsənzadədir.
Nigar xanımla "Nəsimi ili” çərçivəsində "Söz”ün fəaliyyətindən, eyni zamanda
ötən il keçirilən Nəsimi şeir müsabiqəsi barədə söhbətləşdik:
– "Söz” layihəsi çərçivəsində ötən il çox işlər gördünüz. İlk sualım budur ki, "Nəsimi – şeir, sənət və mənəviyyat" Festivalında "Söz”ün rolu nədən ibarət oldu?
– "Söz” layihəsi çox şanslıdır. Çünki gənc şairlər arasında keçirilən "Nəsimi – şeir, sənət və mənəviyyat" Festivalı çərçivəsində baş tutan şeir müsabiqəsini "Söz” ədəbi layihəsi reallaşdırdı. Əlbəttə, biz bununla qürur duyuruq. Düşünürəm ki, bu layihə çox uğurlu keçdi. Müsabiqədə yüzə qədər gənc şair iştirak etdi. Məncə, gənclərin bu gün – XXI əsrdə klassik üslubda yazmağa davam etmələri müstəsna hadisədir. Bilirsiniz ki, dəyərli şair, yazıçı İlqar Fəhmi, şair Sayman Aruz və mən müsabiqəyə göndərilən şeirləri seçirdik. Mən rus və ingilis dilində olan şeirlərə, İlqar və Sayman bəy isə Azərbaycan dilindəki əsərlərə qiymət verirdilər. Niyə münsiflər məhz biz olduq? Mədəniyyət Nazirliyindən belə bir qərar verilmişdi ki, münsiflər heyətini tərkibi də gənclərə uyğun olaraq gənc ədiblər olmalıdır. Müəyyən olunmuş yaş həddini keçmək olmazdı. Şeirlər çox ədalətlə qiymətləndirildiyindən, hamı sonda nəticələrdən razı qaldı. Münsiflərə verilən şeirlərin heç birində şairlərin adı qeyd edilməmiş, hamısı gizli imza ilə təqdim olunmuşdu. Ümumiyyətlə, müsabiqənin səsverməsi tamamilə məxfi keçirildi. Şeirlər qiymətləndiriləndən sonra nəticələr bəlli oldu. Nəsimi şeir müsabiqəsi uğurla həyata keçirildi.
Bu gün "Söz”ə sosial şəbəkələrdə çox aktiv şəkildə informasiya dəstəyi var. Bu, süni yaradılan bir hərəkat deyil. Bunlar təbii şəkildə baş verir. Biz bütün iştirakçılara qarşı daim səmimi olmuşuq və bizə dəstək verənlərə qarşı da səmimiyyət göstərmişik, minnətdarlığımızı bildirmişik. Fəaliyyətə başladığı ilk gündən bu layihə barədə cəmiyyətdə ancaq gözəl fikirlər səslənir. Həmin xoş fikirlər bu layihəni – "Söz”ün məsuliyyətini daha da artırdı.
Bakıya gəlib ilk dəfə şeir gecələri keçirdiyim günlər yadımdadır. O zamanlar 25 yaşım vardı. Düşünürdüm ki, şairin heç bir pul ödəmədən, heç kəsə zəng etmədən, heç bir təşkilatçılıqla məşğul olmadan səhnədə mikrofonun qarşısına keçib özünü auditoriyaya tanıtdırmağı necə də böyük bir şans, necə böyük bir xoşbəxtlikdir. Amma elələri də var ki, deyir, mənə səhnədə şeir oxumaq maraqlı deyil, özüm üçün yazıram. Düzü, bu sözlərin səmimiyyətinə inanmıram. Çünki insan istedadlıdırsa, yazırsa, mütləq əsərlərini kiminləsə paylaşmaq istəyir. Bu gün bizə yaradılan imkan mütləq qiymətləndirilməliyik və kaprizlərimizi kənara qoymalıyıq. Mən "Söz” layihəsinə dəstək göstərənlərə minnətdaram. Hesab edirəm ki, bu layihənin iştirakçıları çox şanslıdırlar. Yəni yaradılan bütün şərait onlardan ötrüdür. Ona görə də, hansı kaprizdən söhbət gedə bilər?! Bütün bunları – bizə yaradılan şəraiti qiymətləndirməli, onlara dəyər verməli və minnətdar olmalıyıq.
Bu gün "Söz” ədəbi layihəsi gənc yazarlara, şairlərə dəstək olur. Bu il də öz profilimizə sadiq qalacağıq.
Söhbətləşdi: Fərid Hüseyn
– "Söz” layihəsi çərçivəsində ötən il çox işlər gördünüz. İlk sualım budur ki, "Nəsimi – şeir, sənət və mənəviyyat" Festivalında "Söz”ün rolu nədən ibarət oldu?
– "Söz” layihəsi çox şanslıdır. Çünki gənc şairlər arasında keçirilən "Nəsimi – şeir, sənət və mənəviyyat" Festivalı çərçivəsində baş tutan şeir müsabiqəsini "Söz” ədəbi layihəsi reallaşdırdı. Əlbəttə, biz bununla qürur duyuruq. Düşünürəm ki, bu layihə çox uğurlu keçdi. Müsabiqədə yüzə qədər gənc şair iştirak etdi. Məncə, gənclərin bu gün – XXI əsrdə klassik üslubda yazmağa davam etmələri müstəsna hadisədir. Bilirsiniz ki, dəyərli şair, yazıçı İlqar Fəhmi, şair Sayman Aruz və mən müsabiqəyə göndərilən şeirləri seçirdik. Mən rus və ingilis dilində olan şeirlərə, İlqar və Sayman bəy isə Azərbaycan dilindəki əsərlərə qiymət verirdilər. Niyə münsiflər məhz biz olduq? Mədəniyyət Nazirliyindən belə bir qərar verilmişdi ki, münsiflər heyətini tərkibi də gənclərə uyğun olaraq gənc ədiblər olmalıdır. Müəyyən olunmuş yaş həddini keçmək olmazdı. Şeirlər çox ədalətlə qiymətləndirildiyindən, hamı sonda nəticələrdən razı qaldı. Münsiflərə verilən şeirlərin heç birində şairlərin adı qeyd edilməmiş, hamısı gizli imza ilə təqdim olunmuşdu. Ümumiyyətlə, müsabiqənin səsverməsi tamamilə məxfi keçirildi. Şeirlər qiymətləndiriləndən sonra nəticələr bəlli oldu. Nəsimi şeir müsabiqəsi uğurla həyata keçirildi.
– Artıq cəmiyyət arasında
"Söz”ün şairləri” ifadəsi də yaranıb. Yəni həmin layihədə təmsil olunan
şairləri bir çox yerlərdə məhz bu cür təqdim edirlər. İstərdim layihənizin
insanlar tərəfindən qəbul olunmasından danışaq...
– Mənim üçün "Söz”ün şairləri” ifadəsinin yaranması xoşbəxtlikdir.
Əlbəttə ki, bu ifadəni mən yaratmamışam. Artıq bu ifadəni sosial şəbəkələrdən,
başqalarının dilindən eşidir və buna görə sevinirəm. Bilirsiniz ki, "Söz
layihəsi”ndə iştirak edənlərin arasında nə sosial status, nə tanışlıq, nə
tapşırıq rol oynayıb. "Söz” təkcə bir insanın əsəri deyil. Bu gün "Söz”ə sosial şəbəkələrdə çox aktiv şəkildə informasiya dəstəyi var. Bu, süni yaradılan bir hərəkat deyil. Bunlar təbii şəkildə baş verir. Biz bütün iştirakçılara qarşı daim səmimi olmuşuq və bizə dəstək verənlərə qarşı da səmimiyyət göstərmişik, minnətdarlığımızı bildirmişik. Fəaliyyətə başladığı ilk gündən bu layihə barədə cəmiyyətdə ancaq gözəl fikirlər səslənir. Həmin xoş fikirlər bu layihəni – "Söz”ün məsuliyyətini daha da artırdı.
– Moskva şəhərində də
festivalın bir tədbiri baş tutdu. Oradakı hazırlıqlarınızdan, iş prosesindən
danışaq bir az...
– Yaxşı bir nəticə əldə etmək üçün mütləq əziyyət çəkmək lazımdır. Bu
işdə aldığımız dəstək çox vacib rol oynayırdı. Dəstək olmadan bütün bu işləri
ərsəyə gətirək mümkün olmazdı. Bildiyiniz kimi, bu tədbiri təşkil edən Heydər
Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi idi. O ki, qaldı
iş prosesinə, biz özümüz çox peşəkar komanda ilə çalışırdıq. İstənilən uğurlu
nəticənin ən əsas şərtlərindən biri peşəkarlıqdır. Aktyorlardan Xalq artistləri
Pərviz Məmmədrzayev, Mehriban Zəki, Əməkdar artist Gülzar Qurbanova, Mələk
Abbaszadə, gənc və populyar aktyor Tural Əhməd, rejissorlardan Ülviyyə Könül,
Namiq Ağayev, Əməkdar mədəniyyət xadimi Nailə Məmmədzadə, Naala Barateliya və
bəstəkar Rüfət Xəlilov layihəmizdə iştirak edirdilər. Proses boyunca bir neçə
dəfə böyük riskə getməli olduq. İstəyirdik elə bədii kompozisiya quraq ki,
möhtəşəm olsun. Və düşünürəm ki, biz istədiyimiz uğura nail olduq. – Tədbirləriniz bir-birindən
fərqlənir, onların formatlarının
seçimindən danışaq bir az...
– Məncə, hər dəfə fərqlilik, yenilik göstərmək lazımdır. Bu yenilik
uğurlu ola da bilər, əksinə də. Amma fərqlilik mütləq lazımdır. Elə bu layihəni
başlayanda da kimisə təkrarlamaq niyyətində deyildik. Mədəniyyət Nazirliyinin
bizə göstərdiyi köməkliyi, yaratdığı imkanı qiymətləndirmək lazım idi. Düzdür,
etdiklərimizin hmısını yüz faiz yenilik adlandırmaq olmaz. Necə deyim, bu, adəcə
işə başqa bir rəng qatmaqdır. Dünyada artıq demək olar ki,təzə olan heç nə
yoxdur. Məncə, bir az pafosdan, uzun-uzadı çıxışlardan uzaq, daha çox səmimi
ab-hava, daha çox müsbət atmosferi yaratmaq lazım idi. İnanırdıq ki, bunu
bacarmaq olar. Əldə olunan nəticə də layihəni dəstəkləyənləri də, iştirak
edənləri də sevindirdiyi üçün, düşünürəm ki, gördüyümüz işlər heç də pis
alınmayıb.– "Söz”ün Nəsimiyə həsr olan
müsabiqəsinə göndərilən əsərlərini ayrıca bir toplu şəklində çap etmək fikriniz
varmı?
– Bəli, belə bir plan var. Hazırda bu istiqamətdə işlər aparırıq.– Efir məkanında da "Söz”
özünə yer tapdı...
– Əvvəlcə belə bir niyyətimiz, məqsədimiz yox idi. Bizə "Mədəniyyət”
kanalından təklif gəldi və qəbul etdik. Üç verilişimiz – Hüseyn Cavid, Molla
Pənah Vaqif və bizim əfsanəvi aktrisamız Amaliya xanım Pənahovanın xatirəsinə
həsr olunmuş bədii gecələrlə efirə çıxdı. Efirin tam başqa qanunları, istəkləri
var. Yəni oradakı məsuliyyət fərqlidir. Hər zaman canlı auditoriya ilə
işlədiyimdən, efirə öyrəşməmişdim. Efirin müəyyən çərçivələri var ki, həmin
çərçivələrin içində hərəkət etmək lazımdır. Və məkan fərqi... Tədbirlərimizin
çoxu İncəsənət Muzeyində keçirilir. Fikrimcə, şairlərlə, yazıçılarla, ədəbiyyat
adamları ilə görüş daha yığcam bir ortamda baş tutmalıdır ki, tamaşaçılarla
çıxışçı arasında məsafə böyük olmasın, onlar bir-birlərini yaxından hiss edə,
duya bilsinlər. Bu, onlar arasında səmimiyyət, sanki ailə atmosferi yaradır.
Fəqət, efir üçün seçilən məkanlar fərqlidir. Mərkəzlər, səhnə, işıqlar... Amma
bilirsinizmi, mən bunu – efiri çox dəyərləndirirəm. Çünki ekran qarşısındakı
auditoriya çox böyükdür. Deməli, biz daha çox adama fikrimizi çatdıra
bilərik... – "Söz” layihəsinə seçdiyiniz
şairlərlə işləmək sizin üçün necə oldu? Bəziləri kaprizli olur, yaxud
kimlərinsə bir-biri ilə şəxsi münasibətləri yaxşı deyil və s. Bilmək istərdim
ki, onlara münasibəti necə tənzimləyirsiniz?
– Kaprizlərə dözmürəm. Məni başqalarının şəxsi münasibətləri qətiyyən
maraqlandırmır. "Söz”ün səhnəsində iki nəfər bir yerdə çıxış edirsə, deməli,
hər ikisi də burada olmağa layiqdir. Və onların arasında istəyir "İkinci dünya
müharibəsi” olsun, istəyir dostluq və ya sevgi
olsun, heç fərqi yoxdur. Bu məsələlər "Söz”ün kənarında qalmalıdır.
Çünki əks təqdirdə, bu layihə uğurlu olmaz. Bakıya gəlib ilk dəfə şeir gecələri keçirdiyim günlər yadımdadır. O zamanlar 25 yaşım vardı. Düşünürdüm ki, şairin heç bir pul ödəmədən, heç kəsə zəng etmədən, heç bir təşkilatçılıqla məşğul olmadan səhnədə mikrofonun qarşısına keçib özünü auditoriyaya tanıtdırmağı necə də böyük bir şans, necə böyük bir xoşbəxtlikdir. Amma elələri də var ki, deyir, mənə səhnədə şeir oxumaq maraqlı deyil, özüm üçün yazıram. Düzü, bu sözlərin səmimiyyətinə inanmıram. Çünki insan istedadlıdırsa, yazırsa, mütləq əsərlərini kiminləsə paylaşmaq istəyir. Bu gün bizə yaradılan imkan mütləq qiymətləndirilməliyik və kaprizlərimizi kənara qoymalıyıq. Mən "Söz” layihəsinə dəstək göstərənlərə minnətdaram. Hesab edirəm ki, bu layihənin iştirakçıları çox şanslıdırlar. Yəni yaradılan bütün şərait onlardan ötrüdür. Ona görə də, hansı kaprizdən söhbət gedə bilər?! Bütün bunları – bizə yaradılan şəraiti qiymətləndirməli, onlara dəyər verməli və minnətdar olmalıyıq.
– Nigar xanım "Nəsimi –
şeir, sənət və mənəviyyat" Festivalı təşkilat komitəsinin sədri Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır. İstərdim, Leyla
xanımın bu layihəyə dəstəyi, qayğısı haqqında fikirlərinizi bölüşəsiniz...
– Əslində, bütün festivalın ideya müəllifi hörmətli Leyla xanım idi.
Çünki o özü Nəsimi poeziyasına vurğundur. Və biz hamımız belə bir layihənin
reallaşmasına görə hörmətli Leyla xanıma çox minnətdarıq. Müsabiqənin
iştirakçıları, finalçılar diplomla təltif olundular və pulla
mükafatlandırıldılar. Diplomdakı imza məhz Leyla xanıma aid idi. Həmin
mərasimdə Leyla xanım özü iştirak elədi. Leyla xanım Nəsimiyə həsr edilmiş şeir
müsabiqəsinə çox diqqətlə yanaşdı, qayğı göstərdi, köməyini əsirgəmədi. Biz
"Söz” olaraq ona, hörmətli Leyla xanıma çox təşəkkür edirik. – İstərdim ki, bir az da
yaradıcı münasibətlərdən də danışasınız. Leyla xanım müsabiqə ilə bağlı hansı
təklifləri verirdi, bu müsabiqəni necə görmək istəyirdi?
– Leyla xanım festivalın çox yüksək səviyyədə keçməsini və gənclərə
dəstək göstərilməsini, imkan yaradılmasını istəyirdi. Bizim əsas
məqsədlərimizdən biri də klassik üslubda yazan şairləri aşkarlayıb müsabiqəyə
cəlb etmək və qiymətləndirmək idi. Bir başqa istəyimiz də bu idi ki, xaricdən
ölkəmizə qonaq qismində ədəbiyyatçılar gəlsin. Ona görə ki, onlar festivaldan
sonra vətənlərinə qayıdanda ölkələrinə, yaşadıqları cəmiyyətə Nəsimini
tanıtsınlar. Əlbəttə ki, bu, çox böyük bir işdir. Biz hər bir dəstəyə görə
Heydər Əliyev Fonduna, Fondun vitse-prezidenti hörmətli Leyla xanıma və
Mədəniyyət Nazirliyinə minnətdarıq. – 2019-cu ilin "Nəsimi ili”
elan olunması ilə bağlı fikirlərinizi və planlarınızı bilmək istəyirdim.
– Bildiyiniz kimi, bu ili cənab Prezident İlham Əliyev "Nəsimi ili"
elan edib və ədibin 650 illik yubileyinin keçirilməsi ilə bağlı Sərəncam
imzalayıb. Bu, bütün poeziyasevərləri və bizi sevindirir. İstərdim ki, keçən il
festivalda iştirak edən gənclərin sırasına yeni adlar qatılsın. Onları yenidən
bir araya gətirmək arzusundayıq. Bu gün "Söz” ədəbi layihəsi gənc yazarlara, şairlərə dəstək olur. Bu il də öz profilimizə sadiq qalacağıq.
Söhbətləşdi: Fərid Hüseyn