Nəsimi poeziyasında folklor: fərdi yaradıcılığın özünüifadə rakursu
Folklor tarixin bütün kəsimlərində yazılı
ədəbiyyatın mühüm mənbəyi kimi çıxış etmiş, onun janr, mövzu, ideya, motiv və
obrazlar baxımından zənginləşməsində əsaslı rol oynamışdır. Buna görə də
folklorun yazılı ədəbiyyata təsiri məsələsinin öyrənilməsi heç də təzə məsələ
deyil. Problemə münasibət artıq neçə əsrlərdir davam etməklə həm şərq, həm
türk, həm də qərb ədəbiyyatlarında çeşidli mövqelərdən öyrənilmişdir. Nəsimi yaradıcılığına
gəldikdə isə söyləməliyik ki, böyük mütəfəkkir şərq və türk klassik irsinin
aparıcı tərəflərinə dərindən bələd olmaqla, həm də öz qəzəllərində mifoloji,
dini, folklor örnəklərindən bol-bol istifadə etmişdir. Nəsimi üçün klassik
janrların işlənməsində xalq ədəbiyyatı örnəkləri, atalar sözü və zərbi
məsəllər, folklorun müxtəlif şəkillərindən ən rəngarəng müstəvilərdə istifadə
etmə bacarığı onun əsərlərinin mahiyyətinə hopmuşdur.
yaxud:
Gər şərh edərsəm ayəti-hüsnün kitabını,
Hər bab içində fəslinə yüz min füsul ola/
yaxuddakı
Qaşı yayını qurmuş, qanımı tökər billah,
İnanmaz isən baxgil qolları boyasına
şəklində göz önündə durur.
Gül söhbətinə yaramiyə naleyi-gürab.
yaxud:
Aşiqin əsrarını, həqqi bilən arif bilir,
Aşina halın nə bilsin nəfsini bilməz qərib.
yaxud:
Canana mənim sevdiyimi can bilir ancaq,
Könlüm diləyin dünyada canan bilir ancaq
və yaxud da
Gəl, ey Şirindəhən, eşqin yolunda,
Mənəm ol kuhkən biçarə Fərhad.
... Nəsiminin kəlamından eşitgil,
Vəfasızdır cahan, sən qılma bidad.
Hüsnünə xaliqülbəşər xətmi-məlahət eylədi,
Dövlət anın kim uğradı xətməsinin duayinə.
Ayətü təvsirü kəlam, ona xəbər nə faidə.
Əliftək qəddimi ol saldı dalə.
Ey gözü nərgis, şəhi-məstanımız!
Üzünə qarşı sücud eylər mələk,
Səcdəyə inkar edər şeytanımız.
Nunü eynin həq kitabıdır, vəli
Surətin nəqşidürür Quranımız.
Surəti-həqdir cəmalın, ey nigar,
Uş nəbinin sözləri bürhanımız.
Məkansız aşiqin həqdir məkanı.
Şəbnəm Məmmədli
Bəs Nəsiminin folklor motivlərinə müraciətinin
başlıca səbəbi nədən ibarətdir? Bu,
fikrimizcə, onunla bağlıdır ki, xalq ədəbiyyatı janrlarından istifadə nəinki
Nəsiminin, həm də digər sənətkarların əsərlərində bütün dövrlərdə yeni-yeni
çalarlar qazanmaqla nağılvari süjet və motivlər, obraz və personajların fərdi
təqdimatına səbəb olmuş, müəlliflərə həyatı daha çeşidli rakursdan təsvir etmək
üçün stimul vermiş, şərait yaratmışdır.
Nəsiminin əsərlərinin məzmununa diqqət yetirdikdə şair tərəfindən folklor
nümunələrinin daha yaradıcı istifadə edildiyinin şahidi oluruq. Folklora
müraciət eyni zamanda şairə xalq həyatının və psixologiyasının, dövrün
ab-havasının, sənətin ideya keyfiyyətinin ortaya qoyulmasına, tarixin bu və ya
digər kəsiminin folklor obrazları əsasında yenidən yaradılmasına, insanın
dünyagörüşünün, onun mənəvi mədəniyyətinin təqdim edilməsində yardımçı
olmuşdur.
Nəsiminin
poetik aləmində folklorun çeşidli ünsürləri həmin nümunələrdən rəngarəng
biçimlərdə boy verməkdədir. Nəsiminin folklora xalq çeşməsi kimi müraciəti, həm
də ilk növbədə onunla bağlı idi ki, folklor nümunələri öz lakonikliyi, ehtiva
etdiyi məna yükü baxımından daha mütəhərrik və elastikdir. Məhz bu cəhət böyük mütəfəkkirin əsərlərinin
dilində daha çox nəzərə çarpmaqdadır. Nəsiminin folklor dilindən yararlanması
həm də onun qəzəllərinin dilinin axıcılığına, şifahi ədəbiyyat nümunələri ilə
klassik ədəbi dilin əsrarəngiz formasının mənimsənilməsinə kömək edə bilmişdir.
Nəsiminin əksər qəzəllərində folklor motivləri klassik ədəbiyyat dilinin
elementləri ilə elə güclü şəkildə qaynayıb-qarışır, elə bölünməz bir
bütöv yaradır ki, onlar əksər hallarda bir-birini qidalandırır və
zənginləşdirir. Eyni zamanda ədibin yaradıcılığında mif poetikası, dini termin
və vasitələr folklor və klassik poeziyanın görümlü konsentrasiyasını yaradır:
Ey mələk surətli dilbər, can fədadır yoluna,
Çün dedim ləhmikə ləhmi qanə qanım, mərhaba! yaxud:
Gər şərh edərsəm ayəti-hüsnün kitabını,
Hər bab içində fəslinə yüz min füsul ola/
yaxuddakı
Qaşı yayını qurmuş, qanımı tökər billah,
İnanmaz isən baxgil qolları boyasına
şəklində göz önündə durur.
Nəsimi folklor örnəklərinə müraciət etməklə, həm də
poetik fikrin emosionallığının güclənməsinə nail ola bilmişdir:
Kirpiyin navək oxudur, qaşların çaçi kaman,
Uğramaz aşiqdən özgə şol oxun peykanına. Nəsiminin
xalq folkloru nümunələrindən yararlanması, həm də onun xalq düşüncəsində yer
salmış ifadələrin semantikasına dərindən bağlılığı ilə əlaqədardır:
Bülbül kimi Nəsimi dilər ki, fəğan edə,Gül söhbətinə yaramiyə naleyi-gürab.
yaxud:
Aşiqin əsrarını, həqqi bilən arif bilir,
Aşina halın nə bilsin nəfsini bilməz qərib.
yaxud:
Canana mənim sevdiyimi can bilir ancaq,
Könlüm diləyin dünyada canan bilir ancaq
və yaxud da
Gəl, ey Şirindəhən, eşqin yolunda,
Mənəm ol kuhkən biçarə Fərhad.
... Nəsiminin kəlamından eşitgil,
Vəfasızdır cahan, sən qılma bidad.
Şairin qəzəllərində folklor poetikasının funksiya
və xüsusiyyətlərini müəyyənləşdirmək üçün
türk etnik-bədii təfəkküründə folklorun tutduğu yeri, onun
funksionallığını, struktur, semantik parametrlərini araşdırıb təhlil etmək
zəruridir. Buna görə də Nəsiminin əsərlərində folklorun işləkliyi tamamilə
fərqli kontekstdə öyrənilməlidir. Çünki Nəsimidə istifadə edilən folklor
nümunələri ümumi mətndə fərqli mikromətn kimi yox, mifoloji, dini, klassik
şərq, türk ifadələri ilə bir-birinin içində işlədilmişdir. Məlumdur ki,
Nəsiminin yaşadığı tarixi kəsim elə bir dövr idi ki, Azərbaycan folklor
örnəkləri ilə ümumtürk folklor nümunələri əsas etibarı ilə mükəmməl milli
dövlətçilik ənənələri olmadığından (yaxud zəif olduğundan) türk yaşam tərzi,
dil, klassik ədəbiyyat, psixologiya, fəlsəfə və s. kimi mürəkkəb sistemlər
folklorla qarşılıqlı şəkildə təzahür edir, öz həyatını yaşayırdı. Buna görə də
Nəsimi yaradıcılığında folklor örnəklərindən istifadədən bəhs edərkən onun
yalnız Azərbaycan folkloru örnəkləri kontekstində öyrənilməsi də, fikrimizcə,
arzu edilən səmərə verə bilməz. Daha doğrusu, demək istəyirik ki, Nəsimi
poeziyasında işlənən folklor motivlərini sırf Azərbaycan folklor nümunələri ilə
əlaqələndirməyimiz böyük şairin yaradıcı
düşüncəsinin çevrəsinin daralması ilə nəticələnə bilərdi.
XIV-XV əsrlər klassik poeziyamızın bayraqdarı Nəsiminin əsərlərinin məzmun və mahiyyətini
nəzərdən keçirdikdə burada həm də folklor örnəklərinin dini motivlər və anlayışlarla
bir arada olduğunun şahidi oluruq. Nəsiminin poeziyasının məzmun, mahiyyət,
ideya, obrazlar sistemi ilə tanış olduqda şairin xalqın özündən aldığı
hikmətləri onun yenidən işləyib ovxarlanmış şəkildə xalqa, oxucuya
qaytardığının şahidi oluruq:Hüsnünə xaliqülbəşər xətmi-məlahət eylədi,
Dövlət anın kim uğradı xətməsinin duayinə.
yaxud:
Hər kişi kim, əzəldə ol binəsib oldu mənidən Ayətü təvsirü kəlam, ona xəbər nə faidə.
yaxud
da:
Rəqibin olmasın məqsudu hasil,Əliftək qəddimi ol saldı dalə.
Bu beytlərdə mif, dini ifadələr, folklor ünsürləri
bir-biri ilə elə ülfət, elə ünsiyyət tapıb, elə uyuşur ki, onların bir-birindən ayrılması beytin
ifadə imkanlarının heçə endirilməsi ilə nəticələnə bilərdi. Şairin yaratdığı ayrı-ayrı natamam fraqmentlərdən,
yaxud bitkin poetik düzümdən təşkil etdiyi bu ifadələr onun əsərlərinin folklor
mahiyyətini nəzərə çarpacaq dərəcədə gücləndirib, mətni mükəmməl bir bütövə
çevirir.
Həmid Araslı böyük mütəfəkkirin yaradıcılığına bir
küll halında nəzər salarkən Nəsiminin xalq şeirindən gələn aşıq yaradıcılığında
daha çox inkişaf etmiş cinaslara da təsadüf edildiyindən, cinasların mürəkkəb
və dolğun xüsusiyyətlərindən danışaraq qeyd edirdi ki, şair bəzən beş, altı və
daha artıq sözdən cinaslar düzəldir ki, onlar şeirə yetərincə görümlü təravət
verir. Alimin söylədikləri bir daha
sübut edir ki, Nəsimi türk xalq poeziyasının ən rəngarəng janr və şəkilləri ilə
yaxından tanış olmaqla onlardan zəruri olduqda yerli-yerində istifadə etməyə
müvəffəq olmuşdur. Şairin xalq ədəbiyyatı nümunələrinə, folklor poetikasına
ardıcıl münasibəti onun yetərincə yüksək olan bədii ustalığının keyfiyyəti kimi
ortadadır. Mifik obrazlara, dini süjetlərə, folklor poetikasına mütəmadi
müraciət həm də şairin dil-üslub çalarlarının rəngarəngliyinə nəzərə çarpacaq
dərəcədə yardım etmiş, onun sintaksisini, bədii-ifadə vasitələrini
gücləndirmişdir. Bunu biz Nəsiminin xeyli digər şeirlərindən, o cümlədən "Ey
üzü gül, ləbləri mərcanımız!” nümunəsindən də aydın görə bilirik:
Ey üzü gül, ləbləri mərcanımız!Ey gözü nərgis, şəhi-məstanımız!
Üzünə qarşı sücud eylər mələk,
Səcdəyə inkar edər şeytanımız.
Nunü eynin həq kitabıdır, vəli
Surətin nəqşidürür Quranımız.
Surəti-həqdir cəmalın, ey nigar,
Uş nəbinin sözləri bürhanımız.
Diqqət yetirdikdə görünür ki, xalq şeirinin
ünsürlərindən istifadə, mifoloji obraz olan mələk, həm də sakral, səmavi
kitabımız olan surətin nəqşidürür "Quranımız”ın bir araya gətirilib oxucuya
təqdim olunması ilə maraqlı assosiativ tamlıq yaradır.
Bir sıra başqa məqamlarda isə Nəsimi sanki haqq
aşıqları təsiri bağışlayır. Bu isə yenə də onun xalq yaradıcılığına yaxından
bələdliyi və Ulu yaradana bağlılığı ilə əlaqədardır:
Nəsiminin məkanı laməkandır,Məkansız aşiqin həqdir məkanı.
Nəsiminin qəzəllərinə dərindən diqqət yetirdikdə onların
mif, folklor, sakral mənbələr və
obrazlardan gələn nümunələrinin poetik vüsəti, bədii təsvir vasitələri olduqca
orijinal və özəl olduğu qənaətinə gəlirik. Şairin işlətdiyi hər bir sözün alt
qatında çoxsaylı simvolik-işarəvi izahlar dayanır. Əlbəttə, bu izahların
əksəriyyəti Nəsiminin hürufi-panteist təfəkkürü ilə bağlıdır. Bu isə problemə
tamamilə fərqli rakursdan yanaşma tələb edir.
Beləliklə, qeyd etdiyimiz məqamlar göstərir ki,
Nəsiminin poetik təfəkkürünü qidalandıran folklor örnəkləri, motivləri və
obrazları şairin yaradıcı dünyasının, həyatı dərkin mühüm hissəsini özündə əks
etdirməklə bu yaradıcılığı həm də oxuculara xalq dilində çatdırmaq istəyi
şairin oxucular tərəfindən daha çox sevilməsi üçün zəmin yaradır. Nəsimi xalq
poetik ənənələrinin mənimsənilməsini öz yaradıcılığında uğurla inkişaf
etdirməklə, xalq poetik mədəniyyətinin özünə də təsir göstərə bilmişdir. Böyük
mütəfəkkirin əsərlərinin məzmun və mahiyyətini təhlil etdikcə biz şairin yaradıcılığında folklor ünsürləri və
şəkilləri ilə mifoloji aləm, dini-müqəddəs anlam və ifadələrdən də geniş
istifadənin şahidi oluruq. Nəsiminin qəzəllərində folklorla yanaşı, bu tipli
ifadələr o qədər çoxdur ki, onların da ayrı-ayrılıqda tədqiqatlara cəlb
edilməsi bu gün də aktual olaraq qalır.
Şəbnəm Məmmədli