“Nəsimi Azərbaycan dilində yaranmış poeziyanın atasıdır”
Bulud Qaraçorlu Səhəndin Fəzlullah Nəimi və İmadəddin Nəsiminin
farsca divanlarının professor Rüstəm Əliyev tərəfindən
hazırlanmış nəşrinə
(Tehran, 1974) yazdığı müqəddimə
Sovet İttifaqının məşhur şərqşünas alimi professor Rüstəm Əliyevin səyi ilə ədəbiyyatsevərlərə təqdim olunan bu kitab farsdilli ədəbiyyatın parlaq və dərin mənalı nümunələrindən biri, Azərbaycanın iki böyük şair və mütəfəkkirinin yüksək düşüncələrinin məhsuludur. Kitab Fəzlullah Nəimi Təbrizinin və Seyid İmadəddin Əli Nəsimi Şirvaninin farsca şeirlərini ehtiva edir ki, bunlardan birincisi Şərqdə hürufilik hərəkatının banisi, ikincisi isə yüksək məqamlı şair, öz ustadı Nəiminin bilavasitə şagirdlərindən, həmin hərəkatın ən səmimi təbliğatçı və müdafiəçilərindən biridir.
Nəimidən onun hürufi düşüncə və baxışlarını əks etdirən "Növmnamə”, "Cavidannamə” və "Məhəbbətnamə” adlı üç kitab və xeyli sayda şeirlər yadigar qalmışdır. Onun qələmindən çıxmış son sənəd Alınca zindanında yazdığı və gizli şəkildə Bakıya (o zaman hürufilərin qeyri-leqal təşkilatının mərkəzi idi) göndərdiyi vəsiyyətnaməsidir.
Ürək elm (bilik) üçün bir qab kimidir,
Səs və ya hərf ürəkdəki elmin sədəfidir.
Sədəfi sındır, şahlara layiq dürrü çıxar,
Qabığı tulla, gözəl özəyi götür!
Yaxud Mövlana Cəlaləddin Rumi "Məsnəvi”də və ya "Divani-Şəms”də öz irfani baxışlarını o qədər bəyan etdikdən sonra aydın şəkildə deyir:
Hərə öz zənni ilə mənə yar oldu,
Amma içimdəki sirləri aramadı.
"İranda fəlsəfi fikrin təkamülü” kitabının müəllifi Şeyx Mahmud Şəbüstərinin yuxarıdakı şeirini onun hürufi düşüncəsinə meylinin sübutu kimi gətirmişdir. Əgər bu fikri qəbul etsək, razılaşmalıyıq ki, əslində, Şeyxin özü də şairanə təşbehlər dili ilə zahirə uyanları səs, hərf və sair kimi işarə və istiarələri bir kənara qoyub mətləbin elmi məğzini götürməyə çağırır. Yaxud Mövlana Rumi bəyan edir ki, bu qədər söz dedikdən sonra hələ də ürəyindəki sirləri aydın şəkildə ifadə etməyi bacarmamış, yaxud istəməmişdir.
Bu sətirlərin müəllifinin fikrincə, hürufilərin hərflərlə, formalarla, Quran ayələri ilə oyunları kimi xurafatçı dəlilləri qətiyyən diqqətə layiq deyil; onların həqiqi əqidəsi kimi diqqətə və qəbul edilməyə layiq olan yeganə şey onların dünyagörüşüdür ki, əsərlərinin, xüsusən, fəlsəfi şeirlərinin sətirləri arasından özünü aydın şəkildə büruzə verir; hərçənd bu halda da onlar öz baxışlarını zahirən o dövrdə yayılmış fikirlərə bənzər şəkildə bəyan etmişlər.
Mənim əsərləri ilə tanışlıq imkanına malik olduğum demək olar, bütün tədqiqatçılar hürufiliyi "panteizm” və ya vəhdəti-vücud fəlsəfəsinə əsaslanan sufi təriqətləri ilə bir cərgəyə qoymuşlar. Halbuki aşağıdakı dəlillərə görə, hürufi "panteizmi” ilə bizim dövrümüzə qədər kifayət qədər geniş şəkildə gəlib çatmış bütün sufi təriqətlərinin vəhdəti-vücud fəlsəfəsi arasında nəinki fərq, hətta prinsipial ziddiyyət vardır. Vəhdəti-vücud tərəfdarları insan ruhunu Tanrının və ya "əqli-küll”ün varlığından qopan zərrələr bilir və inanırlar ki, o, nəfsi təmizləmək, seyr və süluk, məhrumiyyətlərə dözmək (riyazət) yolu ilə öz əsas başlanğıcına qovuşa bilər; bu yolda onlar yalnız övliya və şeyxləri (qütbləri) "vasil” (vüsala yetmiş) sayırlar. Hürufilər isə təbiətdəki bütün varlıqları əzəli substansiya, Tanrının özü bilir, onların inkişafda, hərəkətdə və təkamüldə olduğunu düşünürlər. Hürufliyin banisinin aşağıdakı şeirlərinə diqqət yetirin:
Deyirsən, Tanrı nəşvü-nümada (inkişaf və artmaqda) deyil?
Bu nəşvü-nümanı Tanrının özü bil!
Nə üçün şeylərin naxışını onda görmüşəm?
Halbuki onun zatında şeylərin naxışı yox idi.
Nəfsi-küll bilikdən necə dəm vura bilər?
Axı məndən öncə o nəfs bilikli deyildi.
Tanrını gecə-gündüz şeylərdə axtar,
Axtaran bilənin eynən özüdür!
Nəimi ona görə mənim üzümü gördü ki,
Məndən başqa o gözdə görən yox idi!
İndi soruşmaq lazımdır: bu fikirlərin harası, məsələn, Şeyx Əttarın, Mövlananın, Şeyx Səfiəddin Ərdəbilinin, yaxud Şah Nemətullahın və başqalarının vəhdəti-vücuda əsaslanan əqidəsinə uyğun gəlir?
Məst Mənsur bizim "Ənəlhəq” nidalarımızı eşitsə,
Həm bizim qanımızın axıdılmasına fitva verər, həm də dar ağacı gətirər.
Nəsimi bu beytində Mənsur Həllaca olan rəğbətinə baxmayaraq, hürufilərin dediyi "ənəlhəq”lə Mənsurun və digər vəhdəti-vücud tərəfdarlarının söylədiyi "ənəlhəq” arasındakı fərqi aşkara çıxarır və göstərir ki, zahirən oxşar olan bu iki məktəb arasında o qədər prinsipial ziddiyyət vardır ki, əgər Mənsur sağ olsaydı, ruhanilərə və müftilərə qoşulub hürufilərin qanının tökülməsinə fitva verərdi və onlar üçün dar ağacı qurardı. Təsadüfi deyildir ki, Şeyx Səfiəddin Ərdəbilinin xanəgahına rəğbət bəsləyən və Ərdəbili ələ keçirəndə ona çoxlu vəqflər bağışlayan həmən Teymurləngin oğlu Fəzlullah Nəimini vəhşicəsinə edam etdirmiş və hürufilərin kütləvi surətdə qırılmasına fərman vermişdir.
Zərrələrdən "Həqiqətən, Mən Allaham” sədası gələndən
Hər bir zərrənin qəlbində üzün təcəlla etmişdir.
Birdən yoldakı torpaq cansızlar aləmindən
Özündən çıxaraq səfər elədi və nəşvü-nüma tapdı.
Nəimi, gördünmü ki, fələyin gərdişindən axırda
Yolun torpağı necə birdən dünyanı göstərən cam oldu.
İmadəddin Nəsiminin aşağıdakı beytləri də diqqətə layiqdir:
[Biri] iki görmək adətini tərk eylə, ey çəpgöz,
Çünki ruh və bədən bir həqiqət və mahiyyətdir.
"Kon” [sözündəki] "kaf” və "nun” hərflərindən bu gün yaranmamısan,
Əvvəlin və axırın yoxdur, get, sabahdan arxayın ol!
Deyirsən ki, bizdən başqa kimsə var?
Özündən belə söhbət quraşdırma!
Yaşıl ağacdan Kəlimə (Musaya) "Mən Allaham!” deyən kəs
Adəmin örtüksüz və riyasız üzünün atəşi idi.
Daha öncə misal gətirdiyimiz beytlərdə olduğu kimi, bu nümunələrdə də heç bir yerdə "mücərrəd ruh”dan və ya Haqqa qovuşmuş müəyyən insanların ruhundan söhbət açılmır və buradakı fikirlərin bəzi ariflərin təlimində mühüm yer tutan "tənasüx” və "hülul” kimi baxışlarla barışmazlığı tamamilə aşkardır. Bu beytlərdə və hürufi şairlərin divanlarında tapılması mümkün olan saysız nümunələrdə bütün şeylər və ünsürlər əzəli varlığın zərrələri, insan isə bu varlığın təkamül karvanının önündə gedən cilvəgahı kimi təqdim olunur; belə ki, insan olmadan o "nəfsi-küll” heç vaxt bilə, danışa və görə bilməz. Bir halda ki, bütün mövcudat əzəli varlığın özü, insan da onun düşünən beyni, görən gözü və danışan dilidir, nə üçün insandan, insanın camalı və kamalından başqa bir şeyə pərəstiş olunmalıdır?!
Məgər insan özünü dərk etməklə pis xasiyyətləri özündən uzaqlaşdırıb yaradıcı işi və çalışmaları ilə öz əzəmətli səltənətini təbiət və digər varlıqlar üzərində əbədiləşdirə bilməzmi?
Hürufilik məktəbi banilərinin fikrincə, bu iş mümkündür və bu yolda çalışmaq lazımdır:
Əgər sənin yolunla gedən insanların önündən pərdə qalxsa,
Hər tərəfdə "Həqiqətən, mən Allaham!” söyləyənlər min [dəfə] çox olar.
Bu dərviş kimi məstlikdən ayılan hər bir gəda (dilənçi)
Vəhdət aləmində Süleyman tək sultanlıq edər.
(Nəimi)
Hürufilərin ictimai baxışları ilə müxtəlif sufi təriqətlərinin ictimai fikirləri arasındakı fərq də məhz buradan qaynaqlanır və buna görə də azad düşüncəli hürufilər səmimiyyət yolunu tutaraq:
Mənsur kimi "Ənəlhəq” deyib hədsiz şövqdən
Bəla dar ağacının başına nərə çəkərək çıxaram
- beytinin təsdiqi kimi, çəkinmədən qəflətdə olan və yuxuya dalan məst insana "Ənəlhəq” hayqırırlar, tamah və acgözlüyü, qorxaqlıq və acizliyi, israfçılıq və xəsisliyi, yalan və nadürüstlüyü, riyakarlıq və yaltaqlığı, zalımlara təslim olmağı, ötəri və zahiri məqamları, tənbəllik və müftəxorluğu insanın şəninə yaraşdırmırlar, sərbəstliyi, qənaəti, cəsarəti, mərdliyi, düzlüyü, səmimiyyəti, qardaşlığı, zalımlara qarşı mübarizəni, ideallar yolunda fədakarlığı özlərinə həyat tərzi seçib kiçikli-böyüklü, müridli-mürşidli hamısı yaradıcı iş və çalışmaq sayəsində öz zəhməti ilə dolanır, mövcud və mövhum bütlərə sitayişi rədd edərək, insana, insanın camal və kamalına pərəstiş edirlər.
Məscid və meyxana, Kəbə və bütxana birdir,
Ey bizim küçəmizin yolunu səhv salan kəs, ev birdir!
Qüsurlu göz səhvən biri iki görsə də,
Aydındır ki, ürək, dilbər və canan birdir!
O, hətta Hafizə də (İmadəddin Nəsimi Şirazın məşhur qəzəlxanının kiçik müasiri idi) hürufi istiarələrinin dili ilə nəsihət verirdi:
Onun xətti uşaqlar kimi mələklərin dizi üstünə lövhə qoyur,
Ey Quran Hafizi, sən bu yeddi ayəni əzbərlə!
Və dünya malını və nemətini insani dəyərlərdən üstün tutanları istehza və məsxərə hədəfinə çevirərək deyirdi:
Sən indi torpağı və daşı qiymətli gövhər adlandırırsan,
Məgər insan bu gözəllik və saflığı ilə gövhər deyilmi?!
Ey Nəsimi, Allah "Mənim yerim genişdir” dediyi üçün
Bakı ərazisini tərk elə, bura sənin yerin deyildir!
Əlbəttə, Nəsimi bu şeiri Fəzlullah Nəimi öldürüldükdən sonra, ustadın vəsiyyətinə əsasən, Bakıdan mühacirət etmək lazım gəldiyi zaman yazmışdır. Mühacirətdən sonra da Nəsimi daha çox türkdilli tayfalar içərisində yaşamış və bu dildə çoxlu şeirlər yazmışdır. Hətta bu gün də onun Hələbdəki məqbərəsi üzərində Azərbaycan türkcəsində çoxlu lövhələr vardır ki, aşağıdakı şeir də onlardan biridir:
Yüzüldün, dönmədin mərdanəlikdən,
Xudayə böylədir hübbi-səmimi.
Kəsafətdən çıxub oldun bihəqqə,
Gülüstani-ilahinin nəsimi!
Şeirdəki "taqətdən düşdün” mənasını verən "yüzüldün” kəlməsi ilə bağlı bu sətirlərin müəllifinin fikri belədir ki, ola bilər, əslində bu söz "yazıldın” şəklində olmuşdur, onun Azərbaycan dilindəki məsdəri olan "yazılmaq” həm "qələmə alınmaq”, həm də "ətin lay-lay doğranması” anlamını verir və Nəsiminin dərisi bədənindən soyulduğu üçün sonuncu məna daha münasibdir.
Nəsiminin 1369-cu ildə doğulduğu ehtimal olunur, vəfat tarixi kimi isə 1404, 1417, 1427-ci illər göstərilir. Sovet İttifaqında şair haqqında çoxsaylı tədqiqatlar aparmış "Azərbaycan ədəbiyyatı tarixi”nin müəllifləri 1417-ci ili doğru bilirlər.
Şairin qısa adı Seyid Əlidir, "İmadəddin” o dövrün qaydasına uyğun olan ləqəbidir. Əvvəlcə "Haşimi”, "Seyid”, bir müddət də "Hüseyni” təxəllüsü ilə yazmış, "Nəsimi” təxəllüsünü isə Fəzlullahla tanışlıqdan və hürufiliyə qoşulduqdan sonra götürmüşdür.
Seyid Əli gənclikdə isna əşəri şiə olmuş, həzrət peyğəmbərin və pak imamların mədhində çoxlu şeirlər yazmışdır:
Canü dildən Mustafavü Mürtəza məddahiyəm,
Həm bu on iki imamə söylərəm mədhü səna.
Bu şeirin forma və məzmunu göstərir ki, şairin yaradıcılığa başladığı ilk dövrlərdə yazılmışdır, çünki bədii gözəllik baxımından şairin çoxsaylı mükəmməl şeirləri ilə müqayisəyə gəlmir, məzmun baxımından da qarışıq və naşı xarakterlidir. Məsələn, birinci imamın adını ilk misrada çəksə də, ikinci misrada onu 12 imam sırasında təkrarlamışdır.
Şair çox tez, olsun ki, qardaşının təsiri ilə təsəvvüfə meyl etmiş və Mənsur Hüseyn Həllaca böyük rəğbət bəsləmişdir. Bu üzdən, deyildiyi kimi, bir müddət şeirlərini "Hüseyni” təxəllüsü ilə yazmışdır. Nəhayət, o, Şirvanda Fəzlullah Nəimi ilə tanış olmuş, hürufiliyi qəbul etmiş və bu təlimin qorxmaz təbliğatçılarından birinə çevrilmişdir. Nəsimi, böyük ehtimalla, öz ustadının kürəkəni də olmuşdur. Belə ki, Fəzlullahın vəsiyyətnaməsindəki tövsiyələrindən biri də kiçik qızının Seyid Əli ilə izdivaca girməsi idi. Nəiminin yaxınları arasında Nəsimidən başqa Seyid Əli adını daşıyan kimsə yox idi, odur ki, ustad elə Nəsimini nəzərdə tuturdu və şairin onun vəsiyyətinə əməl etməməsi inandırıcı deyil.
Fars dilindən tərcümə edən: Məsiağa Məhəmmədi
(Tehran, 1974) yazdığı müqəddimə
Sovet İttifaqının məşhur şərqşünas alimi professor Rüstəm Əliyevin səyi ilə ədəbiyyatsevərlərə təqdim olunan bu kitab farsdilli ədəbiyyatın parlaq və dərin mənalı nümunələrindən biri, Azərbaycanın iki böyük şair və mütəfəkkirinin yüksək düşüncələrinin məhsuludur. Kitab Fəzlullah Nəimi Təbrizinin və Seyid İmadəddin Əli Nəsimi Şirvaninin farsca şeirlərini ehtiva edir ki, bunlardan birincisi Şərqdə hürufilik hərəkatının banisi, ikincisi isə yüksək məqamlı şair, öz ustadı Nəiminin bilavasitə şagirdlərindən, həmin hərəkatın ən səmimi təbliğatçı və müdafiəçilərindən biridir.
Təəssüf ki,
irfani düşüncənin ölkəmizdə geniş yayılmasına, mədəniyyət və ədəbiyyatımıza
şəksiz təsirinə baxmayaraq, anlaşılması o qədər də çətin olmayan səbəblərdən bu
iki məşhur şair və arif, onların yüksək və mütərəqqi fikirləri, nə qədər
kədərli də olsa, İranın farsdilli camiəsinə tanış olmamış, yalnız məhdud sayda tədqiqatçılar onların varlığından
məlumatlı olmuşdur.
Hazırkı
kitabın nəşri Şərqin bu iki mütəfəkkirini, eləcə də tarixi hürufilik hərəkatını
tanımaq və tanıtdırmaq baxımından çox münasib bir fürsətdir, lakin təəssüf ki,
mövzunun son dərəcə genişliyi və kitabın həcminin məhdudluğu ucbatından başqa
bir vaxta saxlanıldı. Bu müxtəsər müqəddimədə kitab müəlliflərinin
tərcümeyi-halı və əsas düşüncələri barədə ümumi məlumatlar verməklə
kifayətlənirik.
***
Mövlana
Fəzlullah Nəimi 1340-cı ildə Təbrizdə anadan olmuşdur. Bu filosof-şair 46
yaşına qədər ömrünü Şərqin müxtəlif ölkələri və şəhərlərinə səyahətlərdə
keçirmiş, dolanışığını papaq tikməklə təmin etmiş və öz fikirlərini yaymaqla
məşğul olmuşdur. Həmin müddətin böyük bir hissəsini o, Astrabadda keçirmiş və
əsərlərinin bir qismini adi insanların anlaya bilməsi üçün o diyarın yerli
dilində yazmışdır. Bununla əlaqədar olaraq, bəzi təzkirələrdə o, "Astrabadi”
kimi təqdim edilir.
Nəimi ömrünün
son illərini Şirvanda və Bakıda keçirmiş, nəhayət, feodalizm əleyhinə
mübarizəsi və Teymur istilası ilə barışmaması üzündən tutularaq Naxçıvan
yaxınlığındakı qədim Alınca qalasında həbsə atılmışdır. Sonradan o, Teymurun
oğlu Miranşahın əmri ilə 1394-cü ildə edam edilmiş, cəsədini atın quyruğuna
bağlayaraq küçə və bazarlarda sürümüşlər. Nəimidən onun hürufi düşüncə və baxışlarını əks etdirən "Növmnamə”, "Cavidannamə” və "Məhəbbətnamə” adlı üç kitab və xeyli sayda şeirlər yadigar qalmışdır. Onun qələmindən çıxmış son sənəd Alınca zindanında yazdığı və gizli şəkildə Bakıya (o zaman hürufilərin qeyri-leqal təşkilatının mərkəzi idi) göndərdiyi vəsiyyətnaməsidir.
***
İndiyə qədər
hürufilik hərəkatı barədə aparılmış nisbətən ətraflı tədqiqat "İranda fəlsəfi
fikrin təkamülü” adlı kitabda çap olunmuşdur. Həmin kitabın müəllifi
hürufiliyin köklərini qədim pralogik və ya mimestik, mansərik, elmi-hüruf və kabbalistik
təsəvvürlərə bağlayır və bir sıra tarixi hadisə və prosesləri qeyd etdikdən
sonra bu hərəkatın "hakim dairələrə qarşı mərdliklə mübarizə aparan sufi
hərəkatları silsiləsindən olduğunu” bildirir, onu ideoloji məzmunu baxımından
"irrasional və mövhumatçı”, milli və sinfi cəhətdən isə "antifeodal və
mütərəqqi hərəkat” kimi təqdim edir.
Təəssüf ki,
bu kitabda hər bir milli və sair hərəkatın ayrılmaz xüsusiyyəti olan əsas və
çox mühüm məsələ, yəni dünyagörüşü məsələsi dəqiq şəkildə
aydınlaşdırılmamışdır. Hər bir tədqiqatçıya məlumdur ki, keçmişdəki
mütəfəkkirlər, məlum səbəblərə görə, öz fikir və baxışlarını aydın və aşkar
şəkildə bəyan edə bilməmiş, çox vaxt onları eyhamlar, işarələr, metaforalar,
simvollar və sair formasında ifadə etmişlər. Özü də elə bir şəkildə ki, zahirən
zamanın hakim ideologiyası baxımından şərh oluna bilsin. Hakim ideologiya nümayəndələrinin etirazları ilə üzləşdiyi hallarda isə elə
şəkildə izahat verməyə məcbur olmuşlar ki, hamıdan çox özləri onların ağlasığan
olmadığını etiraf etsinlər, bir çox hallarda da aydın elmi həqiqətləri sübut
etmək üçün ironik və sofistik, lakin hamının qəbul etdiyi dəlillərdən istifadə
etmək zorunda qalmışlar. Şeyx Mahmud Şəbüstəri "Gülşəni-raz”da deyir:Ürək elm (bilik) üçün bir qab kimidir,
Səs və ya hərf ürəkdəki elmin sədəfidir.
Sədəfi sındır, şahlara layiq dürrü çıxar,
Qabığı tulla, gözəl özəyi götür!
Yaxud Mövlana Cəlaləddin Rumi "Məsnəvi”də və ya "Divani-Şəms”də öz irfani baxışlarını o qədər bəyan etdikdən sonra aydın şəkildə deyir:
Hərə öz zənni ilə mənə yar oldu,
Amma içimdəki sirləri aramadı.
"İranda fəlsəfi fikrin təkamülü” kitabının müəllifi Şeyx Mahmud Şəbüstərinin yuxarıdakı şeirini onun hürufi düşüncəsinə meylinin sübutu kimi gətirmişdir. Əgər bu fikri qəbul etsək, razılaşmalıyıq ki, əslində, Şeyxin özü də şairanə təşbehlər dili ilə zahirə uyanları səs, hərf və sair kimi işarə və istiarələri bir kənara qoyub mətləbin elmi məğzini götürməyə çağırır. Yaxud Mövlana Rumi bəyan edir ki, bu qədər söz dedikdən sonra hələ də ürəyindəki sirləri aydın şəkildə ifadə etməyi bacarmamış, yaxud istəməmişdir.
Bu sətirlərin müəllifinin fikrincə, hürufilərin hərflərlə, formalarla, Quran ayələri ilə oyunları kimi xurafatçı dəlilləri qətiyyən diqqətə layiq deyil; onların həqiqi əqidəsi kimi diqqətə və qəbul edilməyə layiq olan yeganə şey onların dünyagörüşüdür ki, əsərlərinin, xüsusən, fəlsəfi şeirlərinin sətirləri arasından özünü aydın şəkildə büruzə verir; hərçənd bu halda da onlar öz baxışlarını zahirən o dövrdə yayılmış fikirlərə bənzər şəkildə bəyan etmişlər.
Mənim əsərləri ilə tanışlıq imkanına malik olduğum demək olar, bütün tədqiqatçılar hürufiliyi "panteizm” və ya vəhdəti-vücud fəlsəfəsinə əsaslanan sufi təriqətləri ilə bir cərgəyə qoymuşlar. Halbuki aşağıdakı dəlillərə görə, hürufi "panteizmi” ilə bizim dövrümüzə qədər kifayət qədər geniş şəkildə gəlib çatmış bütün sufi təriqətlərinin vəhdəti-vücud fəlsəfəsi arasında nəinki fərq, hətta prinsipial ziddiyyət vardır. Vəhdəti-vücud tərəfdarları insan ruhunu Tanrının və ya "əqli-küll”ün varlığından qopan zərrələr bilir və inanırlar ki, o, nəfsi təmizləmək, seyr və süluk, məhrumiyyətlərə dözmək (riyazət) yolu ilə öz əsas başlanğıcına qovuşa bilər; bu yolda onlar yalnız övliya və şeyxləri (qütbləri) "vasil” (vüsala yetmiş) sayırlar. Hürufilər isə təbiətdəki bütün varlıqları əzəli substansiya, Tanrının özü bilir, onların inkişafda, hərəkətdə və təkamüldə olduğunu düşünürlər. Hürufliyin banisinin aşağıdakı şeirlərinə diqqət yetirin:
Deyirsən, Tanrı nəşvü-nümada (inkişaf və artmaqda) deyil?
Bu nəşvü-nümanı Tanrının özü bil!
Nə üçün şeylərin naxışını onda görmüşəm?
Halbuki onun zatında şeylərin naxışı yox idi.
Nəfsi-küll bilikdən necə dəm vura bilər?
Axı məndən öncə o nəfs bilikli deyildi.
Tanrını gecə-gündüz şeylərdə axtar,
Axtaran bilənin eynən özüdür!
Nəimi ona görə mənim üzümü gördü ki,
Məndən başqa o gözdə görən yox idi!
İndi soruşmaq lazımdır: bu fikirlərin harası, məsələn, Şeyx Əttarın, Mövlananın, Şeyx Səfiəddin Ərdəbilinin, yaxud Şah Nemətullahın və başqalarının vəhdəti-vücuda əsaslanan əqidəsinə uyğun gəlir?
Məst Mənsur bizim "Ənəlhəq” nidalarımızı eşitsə,
Həm bizim qanımızın axıdılmasına fitva verər, həm də dar ağacı gətirər.
Nəsimi bu beytində Mənsur Həllaca olan rəğbətinə baxmayaraq, hürufilərin dediyi "ənəlhəq”lə Mənsurun və digər vəhdəti-vücud tərəfdarlarının söylədiyi "ənəlhəq” arasındakı fərqi aşkara çıxarır və göstərir ki, zahirən oxşar olan bu iki məktəb arasında o qədər prinsipial ziddiyyət vardır ki, əgər Mənsur sağ olsaydı, ruhanilərə və müftilərə qoşulub hürufilərin qanının tökülməsinə fitva verərdi və onlar üçün dar ağacı qurardı. Təsadüfi deyildir ki, Şeyx Səfiəddin Ərdəbilinin xanəgahına rəğbət bəsləyən və Ərdəbili ələ keçirəndə ona çoxlu vəqflər bağışlayan həmən Teymurləngin oğlu Fəzlullah Nəimini vəhşicəsinə edam etdirmiş və hürufilərin kütləvi surətdə qırılmasına fərman vermişdir.
Zərrələrdən "Həqiqətən, Mən Allaham” sədası gələndən
Hər bir zərrənin qəlbində üzün təcəlla etmişdir.
Birdən yoldakı torpaq cansızlar aləmindən
Özündən çıxaraq səfər elədi və nəşvü-nüma tapdı.
Nəimi, gördünmü ki, fələyin gərdişindən axırda
Yolun torpağı necə birdən dünyanı göstərən cam oldu.
İmadəddin Nəsiminin aşağıdakı beytləri də diqqətə layiqdir:
[Biri] iki görmək adətini tərk eylə, ey çəpgöz,
Çünki ruh və bədən bir həqiqət və mahiyyətdir.
"Kon” [sözündəki] "kaf” və "nun” hərflərindən bu gün yaranmamısan,
Əvvəlin və axırın yoxdur, get, sabahdan arxayın ol!
Deyirsən ki, bizdən başqa kimsə var?
Özündən belə söhbət quraşdırma!
Yaşıl ağacdan Kəlimə (Musaya) "Mən Allaham!” deyən kəs
Adəmin örtüksüz və riyasız üzünün atəşi idi.
Daha öncə misal gətirdiyimiz beytlərdə olduğu kimi, bu nümunələrdə də heç bir yerdə "mücərrəd ruh”dan və ya Haqqa qovuşmuş müəyyən insanların ruhundan söhbət açılmır və buradakı fikirlərin bəzi ariflərin təlimində mühüm yer tutan "tənasüx” və "hülul” kimi baxışlarla barışmazlığı tamamilə aşkardır. Bu beytlərdə və hürufi şairlərin divanlarında tapılması mümkün olan saysız nümunələrdə bütün şeylər və ünsürlər əzəli varlığın zərrələri, insan isə bu varlığın təkamül karvanının önündə gedən cilvəgahı kimi təqdim olunur; belə ki, insan olmadan o "nəfsi-küll” heç vaxt bilə, danışa və görə bilməz. Bir halda ki, bütün mövcudat əzəli varlığın özü, insan da onun düşünən beyni, görən gözü və danışan dilidir, nə üçün insandan, insanın camalı və kamalından başqa bir şeyə pərəstiş olunmalıdır?!
Məgər insan özünü dərk etməklə pis xasiyyətləri özündən uzaqlaşdırıb yaradıcı işi və çalışmaları ilə öz əzəmətli səltənətini təbiət və digər varlıqlar üzərində əbədiləşdirə bilməzmi?
Hürufilik məktəbi banilərinin fikrincə, bu iş mümkündür və bu yolda çalışmaq lazımdır:
Əgər sənin yolunla gedən insanların önündən pərdə qalxsa,
Hər tərəfdə "Həqiqətən, mən Allaham!” söyləyənlər min [dəfə] çox olar.
Bu dərviş kimi məstlikdən ayılan hər bir gəda (dilənçi)
Vəhdət aləmində Süleyman tək sultanlıq edər.
(Nəimi)
Hürufilərin ictimai baxışları ilə müxtəlif sufi təriqətlərinin ictimai fikirləri arasındakı fərq də məhz buradan qaynaqlanır və buna görə də azad düşüncəli hürufilər səmimiyyət yolunu tutaraq:
Mənsur kimi "Ənəlhəq” deyib hədsiz şövqdən
Bəla dar ağacının başına nərə çəkərək çıxaram
- beytinin təsdiqi kimi, çəkinmədən qəflətdə olan və yuxuya dalan məst insana "Ənəlhəq” hayqırırlar, tamah və acgözlüyü, qorxaqlıq və acizliyi, israfçılıq və xəsisliyi, yalan və nadürüstlüyü, riyakarlıq və yaltaqlığı, zalımlara təslim olmağı, ötəri və zahiri məqamları, tənbəllik və müftəxorluğu insanın şəninə yaraşdırmırlar, sərbəstliyi, qənaəti, cəsarəti, mərdliyi, düzlüyü, səmimiyyəti, qardaşlığı, zalımlara qarşı mübarizəni, ideallar yolunda fədakarlığı özlərinə həyat tərzi seçib kiçikli-böyüklü, müridli-mürşidli hamısı yaradıcı iş və çalışmaq sayəsində öz zəhməti ilə dolanır, mövcud və mövhum bütlərə sitayişi rədd edərək, insana, insanın camal və kamalına pərəstiş edirlər.
Hürufilik öz dövründə insansevərlik məktəbi, ustalar, sənətkarlar və
ziyalılar kimi zəhmətkeş şəhər adamlarının təlimi olmuşdur. Onlar hətta
kamillik və fəzilətə yetişdikdə belə, bununla öyünmür, iş, peşə və zəhmətlə öz
həyatlarını təmin edirdilər. Hürufilərin
Teymur istilasına qarşı qiyamının səbəblərindən biri də bu idi ki, bu qaniçən
işğalçı hər şəhərdə və diyarda həmin zəhmətkeş insanların əziyyətinin bəhrəsini
yandırıb dağıdır, müxtəlif ustad sənətkarları zorla vətənindən ayırıb özünə
fironsayağı bir paytaxt qurmaq üçün Səmərqəndə göndərirdi.
Hürufilərin rəhbərləri hamılıqla xalqın içərisindən çıxmışdı, xalqa
arxalanırdı və onların şairləri öz şeirlərini olduqları yerin dilində
yazırdılar ki, hamı tərəfindən başa düşülsün. Buna görə də hürufi hərəkatı
Fəzlullahın öldürülməsi ilə aradan getmədi və qısa bir zamanda Yaxın və Orta
Şərqin bütün şəhərlərini bürüdü.
Hürufi fəlsəfəsi geridə qalmış iqtisadiyyata malik mühafizəkar
cəmiyyətlərin qeyri-elmi, lakin hakim düşüncələrinə qarşı duran sivil şəhər əhalisinin
dünyagörüşünə əsaslanırdı; o, dərin elmi və ictimai təməllərə malik idi ki,
kökləri hətta Sasani dövrünə gedib çıxır. Bu təlimin XIII-XIV əsrlərdə geniş
yayılması həmin dövrdə Yaxın və Orta Şərqdə iqtisadiyyatın inkişafının, elm və
mədəniyyətin çiçəklənməsinin labüd nəticəsi idi. Təəssüf ki, tarixi hücumlar və
hərc-mərcliklər həmin inkişafa sarsıdıcı zərbə vurdu və bu tərəqqi dalğasını
Asiyadan Avropaya qovdu. Bundan sonra daha Şərq aləmində Əbu Əli Sina,
Zəkəriyya Razi, Əbu Reyhan Biruni və Ömər Xəyyam kimi alimlər yetişmədi. Hürufilər elə bir dövrdə meydana çıxdılar ki, səlib yürüşlərindən –
insanların Tanrı, din və məzhəb adına amansız şəkildə bir-birinin qanını
tökdüyü vaxtlardan uzun müddət keçmirdi, bunun ardınca da Teymurun həmlələri
yer üzünü insanların qırıldığı məkana çevirmişdi. Bu qaranlıq tarixi dövrdə bir
tərəfdən müsəlmanlar qeyri-islam məmləkətlərini hücum və qarətə məruz qoyur,
digər tərəfdən də məzhəb ixtilafları və daxili üsyançılar insanları bir-birinin
canına salırdı. Bütün qırğın və dağıntıların ağır yükü köməksiz xalq
kütlələrinin çiyninə düşürdü. Fikir adamları bu işin çarəsini yaxşı bilirdilər,
amma ayrı variant yox idi: müftilərin və ruhani adlanan zümrənin təkfir çubuğu
Domokl qılıncı kimi hər bir azad düşüncəli etirazçının başı üzərindən asıldığı
üçün istər-istəməz hər bir hərəkat dini qiyafə almalı idi. Belə bir şəraitdə
hürufilik təlimi və ya insanpərəstlik məktəbi zülm və bəla içərisində çırpınan
adamların köməyinə tələsmişdi və həmin təlimin böyük təbliğatçısı olan Nəsimi
yolunu itirmiş insanları bu cür məzəmmət edirdi:
Məscid və meyxana, Kəbə və bütxana birdir,
Ey bizim küçəmizin yolunu səhv salan kəs, ev birdir!
Qüsurlu göz səhvən biri iki görsə də,
Aydındır ki, ürək, dilbər və canan birdir!
O, hətta Hafizə də (İmadəddin Nəsimi Şirazın məşhur qəzəlxanının kiçik müasiri idi) hürufi istiarələrinin dili ilə nəsihət verirdi:
Onun xətti uşaqlar kimi mələklərin dizi üstünə lövhə qoyur,
Ey Quran Hafizi, sən bu yeddi ayəni əzbərlə!
Və dünya malını və nemətini insani dəyərlərdən üstün tutanları istehza və məsxərə hədəfinə çevirərək deyirdi:
Sən indi torpağı və daşı qiymətli gövhər adlandırırsan,
Məgər insan bu gözəllik və saflığı ilə gövhər deyilmi?!
***
Elmin və texnikanın inkişafı sayəsində dünyanın və həyatın dərki ilə bağlı
ortaya çıxan elmi nəticələr təkcə hürufilik davamçılarına məxsus ola bilməzdi,
dövrün mütərəqqi fikir cərəyanı kimi istər-istəməz bütün böyük mütəfəkkirlərin
zehninə hakim kəsilərək özünə yol açırdı. Belə ki, hürufi ideyalarının
yayılması ilə təqribən eyni vaxtda hürufi fəlsəfəsinin əsasları ilə tam
həmfikir olan cərəyanlar meydana çıxdı. Bu sıradan Məhəmməd Hacı Bəktaşın
rəhbərlik etdiyi bəktaşiyyə təriqətini göstərmək olar ki, hələ də Türkiyə,
Misir və Suriyada çoxsaylı tərəfdarları vardır. Ondan da mühümü Şeyx Bədrəddin
Simavinin hərəkatını qeyd etmək lazımdır.
Şeyx Bədrəddinin əslində hürufiliyin başlıca məzmununu ehtiva edən fəlsəfi
və ictimai düşüncələri qısa zamanda Kiçik Asiya əhalisinin geniş və müxtəlif
təbəqələri arasında heyrətamiz bir sürətlə yayıldı, hətta İldırım Bayəzidin
bəzi oğulları, məsələn, Musa Çələbi onun tərəfdarı oldu. Şeyxin mənəvi nüfuzu o
həddə çatdı ki, Sakız adasında yaşayan xristianların rəhbəri və Kiçik Asiya
yəhudilərinin bir çoxu onun müridləri oldular. Şeyxin tərəfdarları bir sıra
yerlərdə silahlı dəstələr yaradıb Dəliorman kimi geniş əraziləri tutmaqla onun
ictimai və iqtisadi baxışları əsasında yeni cəmiyyətlər təşkil etdilər. Şeyx Bədrəddin hərəkatı son nəticədə İldırım Bayəzidin oğlu Sultan Mehmed
Çələbinin qoşunu tərəfindən darmadağın edildi; belə ki, təkcə bir döyüşdə
Şeyxin əyninə kəfən geyərək Börklücə Mustafanın rəhbərliyi altında heyrətamiz
fədakarlıqla vuruşan 12 min müridindən 8 mini həlak oldu. Şeyxin özü isə
yaxalanaraq Sultan Mehmedin əmri ilə mühakimə olundu. Məhkəmədə "malı haram,
qanı halaldır” deyən Mövlana Heydər Əcəminin fitvası əsasında ölümə məhkum
olunaraq dar ağacından asıldı. Deyilənə görə, məhkəmədə Şeyxdən soruşublar ki,
öz fikrincə tutduğun işlərin müqabilində hansı cəzaya layiqsən? Şeyx sual verib
ki, bunu öz əqidəmə əsasən müəyyənləşdirim, ya sizin əqidənizə görə? Deyiblər
ki, bizim əqidəmizə əsasən. Şeyx cavab verib ki, bu halda mənim cəzam ölümdür.
Bu tarixi rəvayət Şeyx Bədrəddinin qeyri-adi cəsarət və şücaətinin bir
nümunəsidir.
Bu mövzunun əhatə dairəsi son dərəcə genişdir, elmi və tarixi baxımdan
olduqca diqqətəlayiq və əhəmiyyətlidir. Təəssüf ki, bu müqəddimə onun barəsində
daha ətraflı söhbətə imkan vermir. Odur ki, burada həmin mövzunu bitirməyə
məcbur olub divan sahibi, məşhur hürufi şairi İmadəddin Nəsimi haqqında yığcam
surətdə bəhs edirəm.
***
Azərbaycanın ünlü şairi Seyid İmadəddin Əli Nəsimi Şirvani hürufiliyin
böyük təbliğatçısı və Fəzlullah Nəimi yolunun səmimi davamçılarından biri
olmuşdur. Hürufilik təlimi haqqında dediklərimiz, əslində, həm də bu dəyərli
şairin düşüncələrinin və şeirlərinin məzmununun təhlilidir və biz bu aydın baxışlı
insansevər sənətkarın fikir və ideya baxımından təqdiminə çox da ehtiyac
görmürük, buna görə də onun şərəfli həyatı və kədərli ölümünün qısa tarixçəsini
xatırlamaqla kifayətlənirik.
Nəsiminin doğum və ölüm tarixi, anadan olduğu yer və uşaqlıq illəri barədə
dəqiq məlumatlar əldə yoxdur. Təzkirəçilər bu barədə müxtəlif rəvayətlər nəql
etmişlər. Onun doğulduğu yeri bəziləri Bağdadın Nəsim bölgəsi, bəziləri Təbriz,
bəziləri Şiraz, bəziləri də Şirvanda yerləşən Şamaxı kimi göstərmişlər. Şair ən
çox və ən sadə şeirlərini Azərbaycan türkcəsində yazdığından yəqin ki, gənclik
illərini Bakı limanında keçirmişdir. Onun qardaşı Şah Xəndan Şirvanın məşhur
ariflərindən olmuşdur və məqbərəsi hazırda həmən şəhərdəki (Şamaxıdakı) eyni
adlı qəbiristanlıqda qalmaqdadır. Buna görə də Nəsiminin doğum yeri barədə
sonuncu fikir həqiqətə daha yaxın görünür:Ey Nəsimi, Allah "Mənim yerim genişdir” dediyi üçün
Bakı ərazisini tərk elə, bura sənin yerin deyildir!
Əlbəttə, Nəsimi bu şeiri Fəzlullah Nəimi öldürüldükdən sonra, ustadın vəsiyyətinə əsasən, Bakıdan mühacirət etmək lazım gəldiyi zaman yazmışdır. Mühacirətdən sonra da Nəsimi daha çox türkdilli tayfalar içərisində yaşamış və bu dildə çoxlu şeirlər yazmışdır. Hətta bu gün də onun Hələbdəki məqbərəsi üzərində Azərbaycan türkcəsində çoxlu lövhələr vardır ki, aşağıdakı şeir də onlardan biridir:
Yüzüldün, dönmədin mərdanəlikdən,
Xudayə böylədir hübbi-səmimi.
Kəsafətdən çıxub oldun bihəqqə,
Gülüstani-ilahinin nəsimi!
Şeirdəki "taqətdən düşdün” mənasını verən "yüzüldün” kəlməsi ilə bağlı bu sətirlərin müəllifinin fikri belədir ki, ola bilər, əslində bu söz "yazıldın” şəklində olmuşdur, onun Azərbaycan dilindəki məsdəri olan "yazılmaq” həm "qələmə alınmaq”, həm də "ətin lay-lay doğranması” anlamını verir və Nəsiminin dərisi bədənindən soyulduğu üçün sonuncu məna daha münasibdir.
Nəsiminin 1369-cu ildə doğulduğu ehtimal olunur, vəfat tarixi kimi isə 1404, 1417, 1427-ci illər göstərilir. Sovet İttifaqında şair haqqında çoxsaylı tədqiqatlar aparmış "Azərbaycan ədəbiyyatı tarixi”nin müəllifləri 1417-ci ili doğru bilirlər.
Şairin qısa adı Seyid Əlidir, "İmadəddin” o dövrün qaydasına uyğun olan ləqəbidir. Əvvəlcə "Haşimi”, "Seyid”, bir müddət də "Hüseyni” təxəllüsü ilə yazmış, "Nəsimi” təxəllüsünü isə Fəzlullahla tanışlıqdan və hürufiliyə qoşulduqdan sonra götürmüşdür.
Seyid Əli gənclikdə isna əşəri şiə olmuş, həzrət peyğəmbərin və pak imamların mədhində çoxlu şeirlər yazmışdır:
Canü dildən Mustafavü Mürtəza məddahiyəm,
Həm bu on iki imamə söylərəm mədhü səna.
Bu şeirin forma və məzmunu göstərir ki, şairin yaradıcılığa başladığı ilk dövrlərdə yazılmışdır, çünki bədii gözəllik baxımından şairin çoxsaylı mükəmməl şeirləri ilə müqayisəyə gəlmir, məzmun baxımından da qarışıq və naşı xarakterlidir. Məsələn, birinci imamın adını ilk misrada çəksə də, ikinci misrada onu 12 imam sırasında təkrarlamışdır.
Şair çox tez, olsun ki, qardaşının təsiri ilə təsəvvüfə meyl etmiş və Mənsur Hüseyn Həllaca böyük rəğbət bəsləmişdir. Bu üzdən, deyildiyi kimi, bir müddət şeirlərini "Hüseyni” təxəllüsü ilə yazmışdır. Nəhayət, o, Şirvanda Fəzlullah Nəimi ilə tanış olmuş, hürufiliyi qəbul etmiş və bu təlimin qorxmaz təbliğatçılarından birinə çevrilmişdir. Nəsimi, böyük ehtimalla, öz ustadının kürəkəni də olmuşdur. Belə ki, Fəzlullahın vəsiyyətnaməsindəki tövsiyələrindən biri də kiçik qızının Seyid Əli ilə izdivaca girməsi idi. Nəiminin yaxınları arasında Nəsimidən başqa Seyid Əli adını daşıyan kimsə yox idi, odur ki, ustad elə Nəsimini nəzərdə tuturdu və şairin onun vəsiyyətinə əməl etməməsi inandırıcı deyil.
Fəzlullahın faciəli edamından, hürufilərin Teymurilər və Şirvanşah
tərəfindən amansızlıqla təqib edilməsindən sonra Nəsimi Bakıdan Anadoluya
gedir, fəlsəfi qəzəlləri ilə hürufiliyi təbliğ edərək tezliklə böyük şöhrət və
çoxlu tərəfdarlar qazanır, şeirləri əldən-ələ gəzir. Bugünkü Türkiyənin
kitabxanalarında Nəsimi divanının çoxsaylı nüsxələrinin mövcudluğu buna ən
böyük sübutdur. Hürufilər Anadoluda da güclü təqib olunduğundan Nəsimi Hələbə
gedib orada məskən salır. Hələb şəhəri o dövrdə mühüm ticarət mərkəzlərindən
biri sayılırdı və Misir Məmlüklər sülaləsinin idarəçiliyi altında idi. Həmin
şəhərdə çoxsaylı türkdilli tayfalar yaşayırdı. Nəsimi Hələbdə böyük nüfuz
qazanaraq çoxlu tərəfdarlar topladı. Onun fikirlərinin günbəgün artan sürətlə
yayılması ruhanilərin və Misir padşahı
Sultan Müəyyədin diqqətini cəlb elədi və bu, şairin mühakimə və edam olunması
ilə nəticələndi. "Künuz əz-zəhəb” adlı ərəb mənbəsində şairin edamı haqqında
deyilir:
"Zındıq Əli ən-Nəsimi Yəşbəkin dövründə qətlə yetirildi. O zaman "ədalət
evi”ndə (darül-ədl) İbn Xətib ən-Nəsiri, qazi əl-qüzatın müavini Şəmsəddin ibn
Əminəddövlə, Şeyx İzzəddin, eləcə də qazi əl-qüzat Fəthəddin Maliki və qazi
əl-qüzat Şəhabəddin əl-Hənbəlinin iştirakı ilə Nəsiminin mühakiməsi oldu. O,
bəzi nadan və ağılsız adamları aldadıb yoldan çıxarmışdı, onlar da küfr,
allahsızlıq və zındıqlıqda onun davamçıları olmuşdular. Bu məsələni İbn
əş-Şənqəş əl-Hənbəli qazıların və üləmanın məclisində qaldırmışdı. Vəkil ona
demişdi ki, əgər onun barəsində dediklərini sübut etsən, səni öldürməyəcəyəm.
Nəsimi də kəlmeyi-şəhadəti dedikdən sonra barəsində deyilənləri inkar və rədd
elədi. Bu əsnada Şeyx Şəhabəddin bin Hilal məclisə daxil olub yuxarı başda
oturdu və belə bir fitva verdi ki, o, allahsızdır, qətlə yetirilməlidir, tövbəsi
də qəbul olunmamalıdır. İbn Hilal soruşdu: "Bəs nə üçün onu öldürmürsünüz?”
Maliki ona dedi: "Sən bu fitvanı öz əlinlə yazmağa hazırsanmı?” O cavab verdi
ki, bəli və dərhal bir fitva yazdı. Məclis əhli hamılıqla fitvanı nəzərdən
keçirdilər. Maliki dedi: "Qazı və üləmalar səninlə razı deyillər, mən təkcə
sənin sözünlə onu necə qətlə yetirə bilərəm? Mən onu öldürməyəcəyəm, çünki
Sultan mənə göstəriş verib ki, onu bu məsələ ilə bağlı məlumatlandırım. Görək
Sultan bu barədə nə əmr verəcək”. Beləliklə, məhkəmə məclisi başa çatdı və
iştirakçılar dağılışdılar. Nəsimi də həbsdə qaldı. Sultan Müəyyəd bu məsələ ilə
tanış olduqdan sonra belə bir əmr verdi ki, onun dərisini soymalı və yeddi gün
Hələb şəhərində camaatın tamaşasına qoymalıdırlar. Onun əli və ayağı da kəsilməli,
biri Əli bəy ibn Zülqədərə, digəri onun qardaşı Nəsirəddinə, biri də Osman
Qaraelliyə göndərilməlidir, çünki bu şəxs onları da yoldan azdırmışdı. Belə də
oldu. Bu şəxs, nəuzubillah, kafir və mülhid idi, deyirlər, incə şeirlər də
yazmışdır”.Bu məlumat göstərir ki, şairin fikirlərinin təsiri hansı həddə olmuşdur və
hürufilik hərəkatı dini bir təriqət hüdudlarını aşaraq mühüm bir siyasi
cərəyana çevrilmişdir; belə ki, hətta Sultan Müəyyədin hakimiyyətini təhlükə
ilə üzləşdirmişdir. Şairin mühakiməsi və faciəli şəkildə edam edilməsi Sultan
Müəyyədin birbaşa əmri ilə qabaqcadan hazırlıq görülməklə həyata keçirilmiş və
tamamilə siyasi xarakter daşımışdır.
Nəsiminin edam edilməsinin gedişi və dərisinin soyulması, əzablı ölüm
zamanı şairin göstərdiyi heyrətamiz dözüm və şücaət barədə çoxlu rəvayətlər
vardır. Onlar şairin əzəmətli iradə və inamının, onun bəşəri ideallar naminə
misilsiz fədakarlığının göstəricisidir və biz söhbəti uzatmamaq üçün onları
danışmaqdan vaz keçirik. Türkdilli xalqların ədəbiyyatında çox az şair tapılar
ki, bu qəhrəman söz ustasının adını yaxşılıqla və hörmətlə yad etməsin, onun
uca şəxsiyyətini insan dönməzliyi və mətanətinin nümunəsi kimi öyməsin. Bu
məşhur ad hətta folklora da keçmiş, mərdlik və şücaət rəmzi kimi zərbülməsələ
çevrilmişdir. Xalqın bir-birini əvəz edən nəsillərinin (hətta bu gün artıq onun
dilini başa düşməyənlərin) bu şəhid şairə ehtiramı o həddə olmuşdur ki, saxta
ruhanilərin və müxtəlif dövrlərdəki hakimiyyət sahiblərinin təkfirlərinə,
düşmən münasibətinə, ədavət və kin-küdurətinə baxmayaraq, onun məqbərəsini
çağımıza qədər qorumuşlar. Hazırda onun Hələb şəhərindəki məqbərəsi həqiqət və
ədəbiyyat aşiqlərinin ziyarətgahıdır. Şübhəsiz, dünya durduqca, bu ölməz
şəxsiyyətin pak məzarı da həmişəlik qalacaqdır.
Fars dilindən tərcümə edən: Məsiağa Məhəmmədi