• cümə, 29 Mart, 13:33
  • Baku Bakı 14°C

Nəriman Nərimanovun Marneuli rayonundakı abidəsi yenidən qurulacaq

18.10.19 10:38 344
Nəriman Nərimanovun Marneuli rayonundakı abidəsi yenidən qurulacaq
Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, böyük ədib Nəriman Nərimanovun Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonundakı abidəsi yenidən qurulacaq.
Bu barədəAZƏRTAC-a Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Zaur Darğallı məlumat verib.
Bildirib ki, hazırda rayon ərazisində, xüsusilə də şəhər mərkəzindəki küçə və parkların, görkəmli şəxsiyyətlərin bu parklardakı abidələrinin bərpası və təmirinə başlanılıb. Artıq bir neçə park yenilənib və təmir olunub. Həyata keçirilən layihədə Marneulinin mərkəzindəki N.Nərimanov adına parkın və böyük ədibin abidəsinin bərpası da nəzərdə tutulub. Yaxın vaxtlarda parkda abadlıq işlərinə başlanılacaq və abidə yenidən qurulacaq.
"Görkəmli ictimai-siyasi xadim N.Nərimanovun Marneulinin mərkəzindəki abidəsi bərbad haldadır. Abidənin ciddi təmirə ehtiyacı var. Abadlıq, təmir-bərpa işlərindən sonra park əhalinin əsl istirahət mərkəzinə çevriləcək”, - deyə Z.Darğallı qeyd edib.
banner

Oxşar Xəbərlər