• cümə axşamı, 25 aprel, 18:41
  • Baku Bakı 21°C

Neftin qiyməti 92 dollar/barrel olacaq

07.12.18 16:00 536
Neftin qiyməti 92 dollar/barrel olacaq
"Brent” markalı xam neftin bir barrelinin qiyməti 92 dollar səviyyəsinə yüksələcək.
AZƏRTACxəbər verir ki, bu proqnozla Avropa Komissiyası çıxış edib. Avrokomissiya 2030-cu ildə "Brent”in bir barrelinin orta qiymətinin 92 dollar səviyyəsinə çatacağını nəzərdə tutur. 2022-ci ildən 2027-ci ilə qədər olan müddətdə isə "Brent” neftinin orta illik qiymətinin 80-85 dollar/barrel səviyyəsində dəyişəcəyi proqnozlaşdırılır.
Xatırladaq ki, Avropa Komissiyası noyabrda 2018-2019-cu illər üzrə neftin qiymətinə dair proqnozunu artırıb. Avrokomissiyaya görə, bu il "Brent”in bir barrelinin orta qiyməti 75,1 dollar, 2019-cu ildə isə 80,6 dollar/barrel təşkil edəcək.
banner

Oxşar Xəbərlər