AZE | RUS | ENG |

Nefti karbon qazına və metana parçalayan mikroorqanizm

Nefti karbon qazına və metana parçalayan mikroorqanizm
Dəniz dərinliklərində məskunlaşan metanolipariya mikroorqanizmi xam nefti karbon qazına və metana ayırmaq xassəsinə malikdir. Bu qənaətə alman alimləri gəliblər. İndi tədqiqatçılar bu kəşfdən istifadə edərək, əks prosesi – metanın neftə emal edilməsini həyata keçirmək niyyətindədirlər.
Maks Plank adına Elmi Tədqiqatlar Cəmiyyətinin (Almaniya) Dəniz Mikrobiologiyası İnstitutundan olan alimlər aşkar ediblər ki, dənizin dərinliklərində məskunlaşan metanolipariya (Methanoliparia) mikroorqanizmi bakteriyaların iştirakı olmadan xam nefti metan və karbon qazına parçalaya bilir.
AZƏRTAC bu barədə "mBio” jurnalına istinadla xəbər verir.
Metanolipariya – arxey kimi tanınan qədim ibtidai birhüceyrəli orqanizmlərdən biridir. Arxeylərin mürəkkəb üzvi birləşmələrin parçalanmasında iştirak etməsi alimlərə daha əvvəl də məlum idi. Lakin indiyədək hesab olunurdu ki, bu proseslərdə bakteriyalar iştirak edir.
Mütəxəssislər Meksika körfəzinin 3 kilometr dərinliklərindən çöküntülərin nümunələrini toplayıblar. Həmin hissədə neftin və təbii qazın dəniz suyuna təbii halda sızması baş verir. Daha sonra onlar bu nümunələrdə mikroorqanizmləri, o cümlədən metanolipariyanı öyrəniblər. Təhlillər göstərib ki, metanolipariyanın ifraz etdiyi enzimlər xam nefti parçalayır, daha sonra digər enzimlərin köməyi ilə alınan sadə karbohidrogenləri metana emal edir.
Tədqiqatçılar aşkar ediblər ki, metanolipariyaya dünyanın hər yerində olan dəniz neft yataqlarında rast gəlmək mümkündür. Həmçinin müəyyən edilib ki, neft yataqlarından xaricdə bu orqanizm məskunlaşmır. Bu səbəbdən alimlər hesab edirlər ki, metanolipariya neftin metana emal edilməsində əsas rol oynayır. Metan ən zərərli istixana qazlarından biridir. Alimlərin hesablamalarına görə, onun atmosferə tullantısının təsiri həmin miqdarda karbon qazının tullantısının təsirindən 25 dəfə güclüdür.
Hazırda tədqiqatçılar süni mühitdə metanolipariyanın ştammının alınması üzərində iş aparırlar. Əgər layihə uğurlu alınarsa, o zaman mikroorqanizmin daha ətraflı tədqiqatlarına və onun tətbiqinin potensial üsullarına başlanılacaq. Çox ümidverici hal isə əks sintez prosesinin kəşfi – metanın neftə çevrilməsi ola bilər.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973