• cümə, 19 Aprel, 15:52
  • Baku Bakı 25°C

“Neftçi” mövsümə qələbə ilə başlayıb

06.08.16 22:03 951
“Neftçi” mövsümə qələbə ilə başlayıb
Avqustun 6-da futbol üzrə Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünə start verilib.
AZƏRTACxəbər verir ki, mövsümün açılış turunun ilk oyun günündə futbol azarkeşləri əvvəlcə AZAL–"Neftçi” matçını izləyib. "Neftçi” bu matçda qələbəyə daha iddialı olub. Heyətinə bir sıra futbolçu cəlb edən Vəli Qasımovun komandası açılış oyununda səfər qələbəsinə sevinib-0:2.
Komandalar görüşün ilk hissəsində qırmızı vərəqə almaqla yadda qalıb. Ruslan Nəsirli, Jairo meydandan qovulub. Qonaqların hər iki qolu isə ikinci hissəyə təsadüf edib. "Neftçinin heyətində əvvəlcə Elvin Bədəlov (60), ardından Rəhman Hacıyev (70) fərqləniblər.
Hazırda günün son oyunu oynanılır. Ötən mövsümün bürünc mükafatçısı "Zirə” doğma meydanda "Sumqayıt” klubunu qəbul edir. Qarşılaşmanın ilk hissəsində qapılara qol vurulmayıb.
banner

Oxşar Xəbərlər