• cümə axşamı, 18 aprel, 09:00
  • Baku Bakı 12°C

“Neftçi“ Kamerundan oyunçu gətirdi

20.07.13 09:07 1336
“Neftçi“ Kamerundan oyunçu gətirdi
Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi Belçikanın "Kortrijk" klubundan Ernest Nforu rəsmən heyətinə qatıb.
Kamerunlu hücumçu ilə 2+1 illik müqavilə imzalanıb. Nfor bu gündən etibarən "Neftçi"nin düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, 27 yaşlı hücumçu karyerasına Kamerunun "Sable” klubunda başlayıb. 2005-ci ildə Belçikaya gələn Ernest 2005/06 mövsümündə "Gent”də çıxış edib (2 oyun). Afrikalı oyunçu 2006/07 mövsümündə "Deinze”yə (5 oyun, 1 qol), 2007/08-də "Kortrijk”ə (35 oyun, 14 qol) icarəyə verilib. 2008-ci ildə "Gent”də 7 oyun keçirib 1 qol vuran Nfor 2009-2011-ci illərdə "Zulte Varegem”də çıxış edib (75 oyun, 11 qol). Onun son iş yeri "Kortrijk” olub. Ernest 2011-ci ildən çıxış etdiyi klubda 66 oyun keçirərək 13 qola imza atıb.
Maraq üçün bildirək ki, Nfor "Neftçi”nin Avstriyadakı toplanışında olmuş, bir neçə məşqə çıxmışdı. Amma Nforun "Kortrijk”lə daha bir il müqaviləsi olduğundan, "ağ-qaralar” onu yalnız azad agent statusu alacağı halda transfer edəcəyini açıqlamışdı. Bu üzdən kamerunlu oyunçu klubu ilə problemini yoluna qoymaq üçün Belçikaya dönmək məcburiyyətində qalmışdı. O, keçmiş klubundan hətta sözügedən ölkədə böyük səs-küyə səbəb olan qalmaqal sayəsində transfer vərəqəsini almağı bacardı. Belə ki, o, klubun baş direktoru Patrik Turkla bu məsələni müzakirə edərkən, qalmaqal yaranmışdı. İstəyinin qarşı tərəfdən müsbət qarşılanmadığını görən Nfor guya Turka qarşı zor tətbiq etmiş, onu və komandanın baş məşqçisini ölümlə hədələmişdi. Amma göründüyü kimi, sonda hər şey məhz Nforla "Neftçi”nin istədiyi kimi başa çatdı.
Nfor Belçikadakı problemini həll etdikdən sonra yenidən "Neftçi”nin düşərgəsinə qayıtmış, hətta Almaniyanın "Dinamo” (Drezden) klubu ilə yoxlama oyununda qol da vurmuşdu. Son həmin qolu da təqdim edirik.
banner

Oxşar Xəbərlər