• şənbə, 20 Aprel, 12:30
  • Baku Bakı 23°C

Nə üçün hesab.az? - Texno-məsləhət

15.02.20 12:15 6868
Nə üçün hesab.az?  - Texno-məsləhət

Ölkənin ən böyük və ən çox yüklənən portallarından biri Hesab.az-dır. Bu portalın əhəmiyyətini 6 punktla izah etməyə çalışdıq.
Hesab.az-dan istifadə etməyin 6 üstünlüyü
1. Zamana qənaət
Ödənişləri online etməyin və hesab.az-la ödəməyin gətirdiyi ən böyük üstünlük zamana qənaətdir. Banka və sığorta şirkətinə getməyə səbəb yoxdur. Televiziya ödənişlərini, kommunal ödənişləri etmək üçün harasa gedib növbə tutmalı, yollarda, tıxaclarda vaxt itirməli deyilsiniz.
Smart telefon və ya noutbuk vasitəsi ilə hesab.az portalına daxil olub, ödənişi həyata keçirirsiniz. Həmçinin, ödənişləri planlaşdıra da bilərsiniz.
2. Rahatlıq
Soyuq havada evdən ya işdən harasa çıxmaq istəmirsiniz. Ya da qızmar havada sərin ofisi tərk etmək niyyətiniz yoxdur, amma təcili ödənişlər etməlisiniz? Və ya yolda olduğunuz zaman, telefonunuzun balansı sıfıra yaxınlaşır.
İstədiyiniz ödəniş sizə bir telefon və onlayn əlaqə qədər yaxındır. İnternetiniz varsa, problem yoxdur.
Hesab.az ilə ödəniş etmək rahatdır. Ödənişi qeydiyyatdan keçməklə və ya qeydiyyatsız da həyata keçirə bilərsiniz. Ödəmək istədiyiniz xidmətin bir dəfə şablonunu yaradırsınız və hər dəfə eyni proseduru təkrarlamırsınız.
3. Hesab.az qazandırır
Qeydiyyatdan keçərək Siz hesab.az-da şəxsi kabinetinizi yaratmış olursunuz. Hər dəfə ödəniş edərkən bonuslar qazanırsınız ki, həmin bonus xallar ilə daha sonra hərracda iştirak edə bilər və ya bonusları dərhal endirim və hədiyyə kuponlarına dəyişə bilərsiniz.
4. Təhlükəsizdir
Hesab.az ödənişlərin təhlükəsizliyinə zəmanət verir. GoldenPay bütün ödənişləri şifrələmək məqsədi ilə GeoTrust TLS/SSL Encryption–dan istifadə edir.GeoTrust dünyada məlumatların şifrələnməsində liderdir.
5. Qənaətcildir – pul xırdalama probleminə son
Azərbaycan əksər hallarda taksilərdə və ya xidmət məntəqələrində "xırda pul” problemi olur. Ona görə də 3.70 AZN əvəzinə nəticədə 4.00 AZN ödəniş etmiş olursunuz. Və ya sadəcə, pulunuzun qalığını istəməyə utanırsınız.
Nağdsız ödənişlər bu problemi aradan qaldırır. Məsələn üstünüzdə yalnız 10 AZN və ya 20 AZN varsa, bunun üçün vaxt sərf edib pulu xırdalatmağa gərək qalmır. Hesab.az-a daxil olub, ödənişi online edirsiniz.
6. 100-dən artıq xidmət
Hesab.az ilə kredit, təhsil, TV, telefon, kommunal ödəniş, əyləncə, sığorta ödənişlərini edə, kinoya və ya digər tədbirlər üçün biletlər ala bilərsiniz.
Həyatınızı bu platforma ilə inteqrasiya edib, ödənişlərə sərf etdiyiniz vaxtı daha səmərəli keçirə bilərsiniz. Bu, sizə daha nizamlı və işlərinizdə effektiv olmağa kömək edəcək.

Aygün Əziz
banner

Oxşar Xəbərlər