• çərşənbə axşamı, 16 aprel, 18:49
  • Baku Bakı 18°C

Nazirliyin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək

17.12.18 13:07 448
Nazirliyin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçiriləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaradılmasının 100 ili tamam olur. Bununla əlaqədar, "Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda elmi-praktik konfrans təşkil olunacaq.
Hökumət və qeyri-hökumət təşkilatlarının, millət vəkillərinin, elmi ictimaiyyətin nümayəndələrinin iştirak edəcəyi konfransda 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərkibində yaradılan Nazirliyin Cümhuriyyətin mövcud olduğu tarixi dönəmdə gördüyü işlərə, ötən dövrdə keçdiyi yola nəzər salınacaq.
Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-80-ci illərində və ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonrakı dövrdə Azərbaycanda sosial müdafiə sisteminin inkişafı, həssas qruplarla bağlı mühüm sosial proqramlara başlanılması üçün göstərmiş olduğu tarixi xidmətlər xatırlanacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial inkişaf strategiyasının uğurları olaraq, sosial müdafiə sisteminin gücləndirilməsi, məşğulluğun artırılması, sosial müdafiə siyasətində passiv tədbirlərdən aktiv tədbirlərə keçidin təmin olunması üçün atılan addımlardan bəhs olunacaq. Əmək, məşğulluq, sosial təminat sahələrində innovativ həllərin geniş tətbiqi, dövlət sosial xidmətlərinin "DOST” layihəsi üzrə vahid platformadan təşkili istiqamətində aparılan işlər, Heydər Əliyev Fondunun sosial əhəmiyyət kəsb edən layihələri diqqətə çatdırılacaq.
Əmək, məşğulluq, sosial təminat sahələrində həyata keçirilən islahatlara, bu sahələrin gələcək inkişaf perspektivlərinə dair elmi-praktik yanaşmalar əsasında müzakirələr aparılacaq.
banner

Oxşar Xəbərlər