• cümə axşamı, 25 aprel, 05:12
  • Baku Bakı 19°C

Nazirlik: Tovuzda zəhərlənməyə səbəb ev şəraitində hazırlanan yeməklər və salatlar olub

08.09.17 11:10 619
Nazirlik: Tovuzda zəhərlənməyə səbəb ev şəraitində hazırlanan yeməklər və salatlar olub
Səhiyyə Nazirliyi Tovuzda baş verən kütləvi zəhərlənməyə aydınlıq gətirib.
Nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin KazımovAPA-ya deyib ki, hadisə ilə bağlı onlara məlumat verilib, fakt araşdırılır.
"Bütün qida məhsullarından nümunələr götürülüb və yoxlanılır. Hadisə nəticəsində 39 nəfər xəstəxanaya müraciət edib və onlardan 8-i uşaqdır. Lazımi tibbi yardımdan sonra onların hamısı evə buraxılıb. İlkin ehtimallara görə, zəhərlənməyə səbəb ev şəraitində hazırlanan yeməklər və salatlar olub".
banner

Oxşar Xəbərlər