• çərşənbə, 24 Aprel, 11:20
  • Baku Bakı 13°C

Nazirlər Kabinetində iki yeni şöbə müdiri təyin olundu

21.09.17 16:26 1130
Nazirlər Kabinetində iki yeni şöbə müdiri təyin olundu
Nazirlər kabinetinin yol hərəkəti təhlükəsizliyi Komissiyasının üzvlərinin siyahısında dəyişiklik edilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin "Azərbaycan RespublikasınınNazirlər KabinetiAparatının strukturunun təsdiq edilməsi haqqında" fərmanının icrası ilə əlaqədar "Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında və sərəncamlarında dəyişikliklər edilməsi barədə” qərarda əksini tapıb.

Ləğv edilənNazirlər KabinetiAparatının nəqliyyat və rabitə şöbəsinin müdiri olmuş Elşən Hacızadə,Nazirlər KabinetiAparatının hərbi və inzibati orqanlar şöbəsinin müdiri olmuş Elman Gərayzadə Nazirlər Kabinetinin yol hərəkəti təhlükəsizliyi Komissiyasının üzvlərinin siyahısından çıxarılıb, onlar müvafiq olaraqNazirlər KabinetiAparatının kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri təyin edilmiş Şahin Salahov və Nazirlər KabinetiAparatının təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri təyin edilmiş Qulu İmanquliyevlə əvəzlənib.
banner

Oxşar Xəbərlər