• şənbə, 20 Aprel, 16:16
  • Baku Bakı 23°C

Nazir: Venesuela neft istehsalını artırmaq istəyir

12.11.18 14:15 442
Nazir: Venesuela neft istehsalını artırmaq istəyir
Venesuela sutkalıq neft hasilatını 2,5 milyon barrelə çatdırmaq niyyətindədir.
AZƏRTACxarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Venesuelanın neft naziri Manuel Salvadore Quevedo Fernandez deyib.
Nazir qeyd edib ki, ölkəsi gündəlik neft istehsalını 1 milyon barrel artıraraq 2,5 milyon barrelə çatdırmağı hədəfləyir.
O, eyni zamanda, Venesuelanın Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) qəbul etdiyi qərarlara hörmətlə yanaşacağını bildirib.
banner

Oxşar Xəbərlər