• şənbə, 20 Aprel, 14:31
  • Baku Bakı 23°C

Nazir: Turistlər arasında Formula 1-ə gələn insanlar böyük yer tutur

12.02.20 12:30 2050
Nazir: Turistlər arasında Formula 1-ə gələn insanlar böyük yer tutur
Hər il Azərbaycana gələn turistlər arasında Formula 1-ə gələn insanlar böyük yer tutur.
Trend-in məlumatına görə, bunu Gənclər və İdman naziri Azad Rəhimov Bakıda "İrimiqyaslı idman yarışlarının keçirilməsinin ölkəyə faydaları" adlı beynəlxalq konfransda deyib.
Nazir qeyd edib ki, Formula 1 üzrə Azərbaycan Qran-prisinin bir çox faydaları, o cümlədən kadr potensialı, infrastruktur və turizm potensialı baxımından böyük əhəmiyyəti var.
A.Rəhimov son illərdə Azərbaycanın çoxlu sayda beynəlxalq idman yarışlarına ev sahibliyi etdiyini vurğulayıb. Onun sözlərinə görə, təkcə 2019-cu ildə Bakıda ümumilikdə 250, o cümlədən, 60 beynəlxalq yarış keçirilib.
Nazir əlavə edib ki, Azərbaycan bu il də bir sıra beynəlxalq idman yarışlarına ev sahibliyi edəcək.f
banner

Oxşar Xəbərlər