• cümə axşamı, 18 aprel, 12:06
  • Baku Bakı 22°C

Nazir: Ticarət mərkəzindəki yanğının qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb

26.03.19 12:08 541
Nazir: Ticarət mərkəzindəki yanğının qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb
Yanğının qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb.
Trend-in məlumatına görə, bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakının Nizami rayonunda ticarət və digər təyinatlı obyektlərin olduğu ərazidə baş vermiş yanğınla bağlı jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, ticarət mərkəzindəki yanğının qonşuluqdakı tikililərə keçməsinə imkan verilməyib, əks halda hadisənin qarşısını almaq çox çətin olardı: "Çünki ticarət mərkəzinin binasının bayır hissəsinin üzləndiyi alkopon materiallar yanan maddələrdir".
K.Heydərov bildirib ki, yanğın artıq məhdudlaşdırılır.
Xatırladaq ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" ticarət mərkəzində güclü yanğın baş verib.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və helikopterlər cəlb edilib.
Yanğın davam edir.
banner

Oxşar Xəbərlər