• cümə axşamı, 28 mart, 13:11
  • Baku Bakı 16°C

Nazir: “Şuşanı turizm və mədəniyyət məkanına çevirməyi düşünürük”

24.05.21 13:51 1033
Nazir: “Şuşanı turizm və mədəniyyət məkanına çevirməyi düşünürük”
"Şuşada ən vacib məsələ oradakı mədəni-tarixi abidələrimizin, ümumiyyətlə evlərin, infrastrukturun bərpasıdır. Sonra Azərbaycan vətəndaşlarının ora qayıtmasıdır”.
APA-nın məlumatına görə, bunu mədəniyyət naziri Anar Kərimov bildirib.
Nazirin sözlərinə görə, insanlar qayıdandan sonra orada adət-ənənələrimizin bərpa olunması nəzərdə tutulur: "Şuşanı ümumiyyətlə mədəniyyət paytaxtı olaraq turizm və mədəniyyət məkanına çevirməyi düşünürük. Təbii ki, gələcəkdə bizi orada çoxsaylı tədbirlər gözləyir”.

banner

Oxşar Xəbərlər