• cümə axşamı, 25 aprel, 12:59
  • Baku Bakı 23°C

Nazir: Səudiyyə Ərəbistanı neft istehsalını daha çox azaldacaq

13.02.19 15:15 503
Nazir: Səudiyyə Ərəbistanı neft istehsalını daha çox azaldacaq
Səudiyyə Ərəbistanı xam neft hasilatını daha çox azaldacaq.
AZƏRTACxəbər verir ki, bu barədə "Financial Times”a müsahibəsində Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Al Falih deyib. Nazir bildirib ki, dekabr əldə olunan razılaşma çərçivəsində ölkəsi neft hasilatını götürdüyü öhdəlikdən daha çox azaldacaq.
OPEC-in hesabatına görə, yanvarda Səudiyyə Ərəbistanının gündəlik hasilatı 350 min barrel azalaraq 10 milyon 213 min barrelə düşüb.
Xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada OPEC-ə üzv və qeyri-üzv dövlətlərin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub.
banner

Oxşar Xəbərlər