• cümə axşamı, 25 aprel, 10:34
  • Baku Bakı 14°C

Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb

15.01.19 12:52 916
Nazir Səhlab Bağırovu əvvəlki vəzifəsinə qaytarıb
Daxili işlər orqanlarında yeni təyinatlar olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnikRamil Usubovun imzaladığı müvafiq əmrlə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoruSəhlab Bağırovtutduğu vəzifədən azad edilərək DİN-in Əlahiddə Çevik Polis Alayının komandiri təyin olunub.
Nazirin digər əmri ilə, Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoruZaur Abdullayevisə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
Qeyd edək ki, məlum təyinatla bağlı ilk xəbəri "unikal.org" saytı yayıb.
Xatırladaqki, S. Bağırov Bakı şəhər Baş Polis İdarəsinin rəisi müavini təyin olunmazdan əvvəl də Əlahiddə Çevik Polis Alayının komandiri olub.
banner

Oxşar Xəbərlər