AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Nazir müavini uşaq pulu ilə bağlı məsələyə münasibət bildirdi

Nazir müavini uşaq pulu ilə bağlı məsələyə münasibət bildirdi

Cəmiyyət
06 Avqust 2020, 14:22 221
"Bundan əvvəl uşaqpulu hamıya verilirdi. Ancaq uşaqpulunun məbləği olduqca aşağı idi”.
Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev deyib.
Nazir müavini bildirib ki, "Ünvanlı dövlət sosial yardımı haqqında” qanun qəbul olunduğuna görə uşaqpulu ünvanlı şəkildə aztəminatlı ailələrə verilir:
"Bu gün 84 minə yaxın ailə ünvanlı yardım alır”.