• cümə, 29 Mart, 17:03
  • Baku Bakı 14°C

Nazir müavini: Rusiya OPEK+ sazişinin icrasına sadiqdir

18.03.19 11:45 406
Nazir müavini: Rusiya OPEK+ sazişinin icrasına sadiqdir
Rusiya OPEK+ sazişinin icrasına sadiqdir və ölkədə neft hasilatı həcmləri bunu sübut edir.
Trend-in məlumatına görə, bunu Bakıda OPEK+ Birgə Monitorinq Komitəsinin 13-cü iclasının açılışında Rusiyanın energetika nazirinin müavini Pavel Sorokin deyib.
O, ümidvar olduğunu bildirib ki, bugünkü görüş neft bazarında daha yaxşı nəticələrin əldə olunması və sazişin ilk altı ayı ərzində gələcək addımların müzakirəsi üçün növbəti addım olacaq.
Qeyd edək ki, bu gün Bakıda OPEC və qeyri-OPEC ölkələrinin Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilir.
banner

Oxşar Xəbərlər