• cümə, 19 Aprel, 03:49
  • Baku Bakı 18°C

Nazir müavini: "Havanın çirklənməsinin 80 %-i nəqliyyat vasitələrinin payına düşür"

06.10.22 13:00 591
Nazir müavini: "Havanın çirklənməsinin 80 %-i nəqliyyat vasitələrinin payına düşür"

"Azərbaycanda havanın çirklənməsinin 80 %-i nəqliyyat vasitələrinin payına düşür".

"Kaspi" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.

Onun sözlərinə görə, ekoloji vəziyyəti yaxşılaşdırmaq üçün son illər Bakının infrastrukturunun müasirləşdirilməsinə dövlət investisiyaları xeyli artırılıb: "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin işi təkmilləşdirilib, elektrik və hibrid avtomobillərindən istifadə üçün şərait yaradılıb".

banner

Oxşar Xəbərlər