• şənbə, 20 Aprel, 19:46
  • Baku Bakı 24°C

Nazir: "İtaliyaya gündəlik 10,5 mln. kubmetr Azərbaycan qazı nəql edilir"

07.01.21 12:56 366
Nazir: "İtaliyaya gündəlik 10,5 mln. kubmetr Azərbaycan qazı nəql edilir"
Hazırda Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəməri (TAP) vasitəsi ilə İtaliyaya gündəlik 10,5 mln. kubmetr "mavi yanacaq" ixrac edilir.
"APA-Economics"in məlumatına görə, bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.
"2020-ci il dekabrın 31-dən ilk dəfə TAP vasitəsilə kommersiya qazının Avropaya nəqlinə başlanılıb. Bu, bir daha göstərdi ki, möhtərəm cənab Prezident, Sizin irəli sürdüyünüz bütün təşəbbüslər əzmlə reallığa çevrilir", - nazir qeyd edib.

Onun sözlərinə görə, hazırda, yəni, bu gün üçün Yunanıstana 2 mln. kubmetr, Bolqarıstana isə 1 mln. kubmetr qaz ixrac edilir.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri (uzunluqu 848 kilometr) ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.
banner

Oxşar Xəbərlər