• cümə, 29 Mart, 18:45
  • Baku Bakı 14°C

Nazir: İran və Azərbaycan birgə layihələri icra etməkdədir

06.07.22 09:30 670
Nazir: İran və Azərbaycan birgə layihələri icra etməkdədir

İran və Azərbaycan su və elektrik sahələrində birgə layihələri icra etməkdədir.

Trend-in məlumatıa görə, bunu İranın energetika naziri Əli Əkbər Mehrabian Bakıda Heydər Əliyev adına beynəlxalq aeroportda jurnalistlərə verdiyi açıqlamada deyib.

Ə.Mehrabianın sözlərinə görə, səfər çərçivəsində Xudafərin və Qız Qalası hidroqovşaqları və su elektrik stansiyaları haqda müzakirələr aparılacaq. Həmçinin iki ölkə arasında əməkdaşlıq sənədinin imzalanması nəzərdə tutulub.

Mehrabian əlavə edib ki, müxtəlif sahələrdə, o cümlədən bərpa olunan enerjilər, İran, Azərbaycan və Rusiyanın elektrik şəbəkəsinin birləşdirilməsi və digər maraq doğuran sahələrdə danışıqlar aparılacaq.

İranlı nazir deyib ki, İranın hazırkı hökumətinin prioritetlərindən biri qonşu ölkələrlə əlaqələrin inkişaf etdirilməsidir. Azərbaycan İranın yaxşı qonşularından biridir və iki ölkə rəsmiləri arasında çoxlu sayda görüşlər iki tərəfin əməkdaşlığı hərtərəfli şəkildə inkişaf etdirmək üçün ciddi iradəyə sahib olduğunu göstərir.

banner

Oxşar Xəbərlər