AZE | RUS | ENG |

Nazir: Azərbaycan Aİ-nin Cənubi Qafqazda əsas tərəfdaşıdır

Nazir: Azərbaycan Aİ-nin Cənubi Qafqazda əsas tərəfdaşıdır
Avropa İttifaqı tərəfindən Azərbaycan iqtisadiyyatına yatırılan investisiyalar 33 milyard dollardan çoxdur.
Trend-in məlumatına görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev Bakıda V Avropa İttifaqı (Aİ) - Azərbaycan biznes forumunda deyib.
Nazirin sözlərinə görə, Azərbaycanın Avropa İttifaqı ölkələrinə yatırdığı investisiyalar təxminən 15 milyard dollar təşkil edir.
Ş.Mustafayev əlavə edib ki, Aİ və Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir və Azərbaycanın Aİ-nin Cənubi Qafqazda əsas tərəfdaşıdır. Belə ki, Aİ-nin Cənubi Qafqazdakı ticarət dövriyyəsinin 78 faizi Azərbaycanın payına düşür.
Nazir həmçinin vurğulayıb ki, Azərbaycanda Aİ-dən olan 1600 şirkət fəaliyyət göstərir.
Qeyd edək ki, V Avropa İttifaqı (Aİ) - Azərbaycan biznes forumunda təxminən 1000-ə yaxın şirkət və nümayəndə iştirak edir.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8811
GEL 1 1 Gürcüstan larisi 0.5753
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1227
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.595
TRY 1 1 Türkiyə lirəsi 0.2982