• cümə axşamı, 28 mart, 16:12
  • Baku Bakı 16°C

Nazir Azad Rəhimov müsəlman gəncləri təbrik edib - Fotolar

03.09.19 14:37 1608
Nazir Azad Rəhimov müsəlman gəncləri təbrik edib - Fotolar
3 Sentyabr 2019-cu i tarixdə Türkiyənin İstanbul şəhərində "İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər günü” Forumu öz işinə başlayıb.Tədbirdə Azərbaycanı gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.Tədbirdə eyni zamanda, İslam Konfransı Təşkilatının Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumunun (İCYF) prezidenti Taha Ayhan, Türkiyənin gənclər və idman naziri Muharrem Kasapoğlu, İƏT mədəniyyət və sosial məsələlər üzrə baş direktoru xanım Mehla Ahmed Talebna, Mali gənclər və idman naziri Aruna Modibo Toure və digərləri də iştirak edirlər.

NazirliyinMətbuat katibiSəmayə Məmmədovanın "Kaspi" qəzetinə verdiyi məlumata görə,Forum zamanı çıxış edən nazir Azad Rəhimov ilk olaraq Taha Ayhanı İCYF -a prezident seçilməsi münasibəti ilə təbrik edib, ona uğurlar arzuladı. Nazir, bu təşkilatın çox böyük inkişaf yolu keçdiyini və ötən dövr ərzində İƏT üzv ölkələrdən 48 gənclər institutunun İCYF sıralarına qoşulduğunu xüsusi olaraq qeyd etdi.

Nazir çıxışında Azərbaycan Hökümətinin daim İCYF -nı dəstəklədiyini, 2004-cü ildə Prezident İlham Əliyevin himayəsi altında İslam Əməkdaşılığı Gənclər Forumunun Baş Assambleyasının Bakıda keçildiyini diqqətə çatdırdı. Eyni zamanda, İstanbulda İCYF-nın baş gərargahının açılışında da cənab İlham Əliyevin iştirak etdiyini bildirirdi. Nazir vurğuladı ki, həmin gün, 3 sentyabr tarixinin İslam Konfransı təşkilatı tərəfindən İslam ölkələri "Gənclər günü” kimi qeyd olunması haqqında qərar qəbul edilib.


Azad Rəhimov təşkilat və Azərbaycan Höküməti arasındakı sıx münasibətlərdən danışarkən bildirib: "2018-ci ildə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu İdarə Heyətinin qərarına əsasən, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun yaranması və inkişafındakı təşəbbüs və roluna, İslam Əməkdaşlıq Təşkilatı gəncliyinin inkişafına yönəlmiş fəaliyyətlərə və quruma üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsinə verdiyi daimi və müstəsna dəstəyə görə İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun "Gənclərin hamisi” ilk Fəxri Nişanı” nı verdiyiniz üçün sizə təşəkkür edirəm.” Çıxışının davamında nazir söyləyib ki, bu gün dünyanın 25%-i, təqribən 2 milyard əhalisini müsəlmanlar təşkil edir. Bu din dünyada yüksək sürətlə inkişaf etməkdədir. Əfsuslar olsun ki, bir sıra İslam ölkələrinin gəlirləri və həyat səviyyələri dünyanın digər ölkələri ilə müqayisədə çox aşağıdır. Təhsil və gənclər siyasəti hər bir ölkənin prioritet sahələrindən olmalıdır. Gənclər, siyasi, iqtisadi, ümumilikdə ölkənin inkişafına yönəlik sahələrdə özlərini realizə edib, böyük işlərə imza atmalıdırlar. Təbii ki, bütün bu məsələlərdə dövlətin rolu əvəzsizdir. Ölkədə gənclər siyasəti mütləq şəkildə yüksək səviyyədə inkişaf etməlidir.

Mövzunun davamı olaraq Azərbaycanda həyata keçirilən Dövlət gənclər siyasəti haqda məlumat verən nazir Azad Rəhimov bildirib: "Ümummilli lider Heydər Əliyev tərəfindən 1997-ci ildən ölkəmizdə "2 Fevral Gənclər günü” qeyd edilir. Bu gün Azərbaycanda gənclərin inkişafına yönəlik Dövlət proqramları, Strategiyalar uğurla həyata keçirilir. Ölkəmizin müxtəlif regionlarında gənclərin özlərini realizəsi üçün 40-dan artıq Gənclər Mərkəzləri mövcuddur. 300-dən çox Gənclər Təşkilatları fəaliyyət göstərir.”

Sonda nazir Forum iştirakçılarına uğurlar arzuladı.

Qeyd edək ki, forum çərçivəsində nazir Türkiyənin gənclər və idman naziri Muharrem Kasapoğlu, İƏT mədəniyyət və sosial məsələlər üzrə baş direktoru xanım Mehla Ahmed Talebna, Mali gənclər və idman naziri Aruna Modibo Toure, eyni zamanda, Dünya Etnosport Federasiyasının prezidenti Bilal Erdoğanla ikitərəfli görüşlər keçirib.



banner

Oxşar Xəbərlər