AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Nazir:

Nazir: "Ali məktəblərdə daha çox nəzəri dərslərin distant saxlanılmasının tərəfdarıyıq"

Cəmiyyət
22 Yanvar 2021, 13:27 149
"Ali təhsil müəssisələrində daha çox nəzəri dərslərin distant saxlanılmasının tərəfdarıyıq”.
 
APA-nın məlumatına görə, bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair brifinqdə Təhsil naziri Emin Əmrullayev deyib.
 
O deyib ki, praktik məşğələ, laboratoriya işləri tələb edən dərslərin əyani formada keçirilməsinin tərəfdarıdır: "Bu dərslərin hansı ixtisaslarda necə olması ilə bağlı verilmiş situasiyadan asılı olaraq qərarlar veriləcək. Ümumi olaraq bunu da yaxın həftələrdə elan etməyi düşünürük”.