• çərşənbə axşamı, 19 mart, 10:35
  • Baku Bakı 8°C

Naxçıvanda Süni Mayalanma Mərkəzinin yaradılmasına 4,8 milyon manat ayrılıb

22.11.19 17:13 813
Naxçıvanda Süni Mayalanma Mərkəzinin yaradılmasına 4,8 milyon manat ayrılıb
Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzinin yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Naxçıvan Muxtar Respublikasında Süni Mayalanma Mərkəzinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 4,8 milyon manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın.
Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.
banner

Oxşar Xəbərlər