• cümə, 26 Aprel, 23:04
  • Baku Bakı 22°C

Naxçıvanda hərbi yük maşını qəza törətdi: 5 ölü, 3 yaralı

11.06.14 18:34 3461
Naxçıvanda hərbi yük maşını qəza törətdi: 5 ölü, 3 yaralı
Bu gün Naxçıvan Muxtar Respublikasında ağır yol qəzası baş verib.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, bu gün axşam saatlarında Muxtar Respublikanın Kəngərli rayonu istiqamətində hərəkət edən "KamAZ" markalı hərbi maşın minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində minik maşınında olan 7 nəfərdən 5-i hadisə yerindəcə ölüb.
Digər 2 nəfər isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Ölənlərin arasında azyaşlı da var.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, qəza zamanı yük maşınından olan hərbi qulluqçulardan biri yüngül xəsarət alıb.
banner

Oxşar Xəbərlər