• çərşənbə axşamı, 16 aprel, 20:51
  • Baku Bakı 18°C

NATO-nun baş katibi: "Türkiyə əhəmiyyətli müttəfiqdir"

04.12.19 12:30 452
NATO-nun baş katibi: "Türkiyə əhəmiyyətli müttəfiqdir"
ABŞ prezidenti Donald Tramp və NATO-nun baş katibi Yens Stoltenberq Londonda təşkil edilən NATO Dövlət və Hökumət Başçılarının Zirvə Toplantısı çərçivəsində görüşüb.

Kaspi.az-ın məlumatına görə, Stoltenberq görüş zamanı bildirib ki, Türkiyə İŞİD-ə qarşı apardığımız mübarizədə həddindən artıq əhəmiyyətli bir ölkə rolunu oynadı. Onun sözlərinə görə, Türkiyədəki hərbi bazalardan istifadə edilmədən İŞİD-in məğlub edilməsi mümkün ola bilməzdi.
Türkiyənin əhəmiyyətli bir müttəfiq olduğunu və bunun üçün sərhədə nəzər salmağın kifayət olduğunu ifadə edən Stoltenberq, "Türkiyə hərbi əməliyyatı dayandırdı. Zorakılıqda ciddi bir azalma var. Bundan sonra siyasi həll üçün səy göstərməliyik”, - deyə bildirib.
banner

Oxşar Xəbərlər