• çərşənbə axşamı, 16 aprel, 19:07
  • Baku Bakı 18°C

NATO koronavirus pandemiyasının mümkün olan ikinci dalğasına hazırlaşır

07.06.20 10:45 508
NATO koronavirus pandemiyasının mümkün olan ikinci dalğasına hazırlaşır
NATO koronavirus pandemiyasının ikinci dalğası vəziyyətində alyans üzvlərinə və tərəfdaşlarına kömək etmək üçün bir plan hazırlayır.
Trend-in məlumatına görə, bu barədə "Welt am Sonntag" müsahibəsində təşkilatın baş katibi Yens Stoltenberq bildirib.
Y.Stoltenberq bildirib: "NATO üzvlərinə və alyansla sıx əlaqəli olan tərəfdaş ölkələrə daha sürətli və daha yaxşı kömək edə biləcəyimiz üçün planlarımızı razılaşdırmalıyıq". Baş katibin sözlərinə görə, pandemiya ilə mübarizə üçün əlaqələndirilmiş hərəkətlərdən söhbət gedir.
Stoltenberq bildirib ki, konkret planlar alyasın müdafiə nazirlərinə iyunun ortalarında keçiriləcək video konfransda təqdim ediləcək.
banner

Oxşar Xəbərlər