NATO ilk hava-yer müşahidə dronunu təqdim edib

NATO ilk hava-yer müşahidə dronunu təqdim edib

Təfsilat
18 Yanvar 2020, 19:40 809
NATO-nun İtaliya şirkətinə sifariş etdiyi 5 hava-yer müşahidə dronunun ikisi artıq hazırdır.
 
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, pilotsuz uçan aparatların təqdimat mərasimində NATO-nun baş katibi Yens Stoltenberq də iştirak edib.
Mərasimdə çıxış edən baş katib bildirib ki, "RQ-4 Global Hawk” dronlarının bir variantı olan bu pilotsuz uçan aparatlar Afrikanın Sahel bölgəsində və Yaxın Şərqdə əməliyyatlara cəlb olunmaqla bərabər, həm də Avropa üçün nəzərdə tutulub.