• bazar, 06 Iyul, 05:17
  • Baku Bakı 24°C

NATO Azərbaycana Əfqanıstanda sülhməramlı fəaliyyətinə görə minnətdardır

16.06.21 17:45 346
NATO Azərbaycana Əfqanıstanda sülhməramlı fəaliyyətinə görə minnətdardır
Azərbaycan 2002-ci ildən Əfqanıstanda sülhməramlı əməliyyatları dəstəkləyir və NATO buna görə minnətdardır.
Trend-in məlumatına görə, bunu Latviyanın sabiq müdafiə naziri, Latviyanın NATO-dakı nümayəndə heyətinin üzvü Raymonds Berqmanis "Azərbaycanın Avro-atlantik sülh və təhlükəsizliyə töhfəsi" adlı beynəlxalq konfransda deyib.
O qeyd edib ki, Latviya NATO üzvü olaraq Azərbaycanla alyansın münasibətlərini müsbət qiymətləndirir: "Azərbaycan və NATO hərbi tədris sahəsində fəal əməkdaşlıq edir. Azərbaycan həm də hərbi tədris sahəsində NATO tərəfindən tövsiyə olunan islahatları həyata keçirib".
banner

Oxşar Xəbərlər