Natali Marən Filarmoniya səhnəsində çıxış etdi - Fotolar
Fransız
dirijor xanım Natali Marən aprelin 21-də "Frankofoniya Həftələri” çərçivəsində
Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Radio və Televiziyasının
Simfonik Orkestrinə dirijorluq etdi.Azərbaycanda Fransız İnstitunun
və Fransanın Azərbaycandakı Səfirliyinin təşəbbüsü ilə Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilən
konsertlə "Frankofoniya Həftələri»nə yekun vuruldu.
Konsert öncəsi keçirilən mətbuat konfransında Fransanın Azərbaycandakı səfiri Oreliya Buşez"Frankfoniya
Həftələri”nin konsertlə yekunlaşdırmağın onun üçün şərəf olduğunu bildirdi:
"Frankfoniya günləri çox uğurlu keçdi və bu həftə çərçivəsində 14 səfirliklə
birgə təxminən 10-a yaxın tədbir keçirildi. Bu axşamkı konsert isə Azərbaycanla
Fransa əlaqələrini hərtərəfli əhatə edir. İlk dəfədir ki, Azərbaycan
Televiziyası və Radiosunun Orkestrinə bir fransız qadın dirijorluq edəcək”.
Səfir
fransız dirijor Natali Marən haqqında məlumat verərək "Xanım Natali Marən beynəlxalq
karyerası olan dirijordur” deyə bildirdi: "O, bütün qitələrdə operalarda
dirijorluq edib. Xanım dirijor karyerasının əsas hissəsini Avropada və Latın
Amerikasında keçirib. 2017-ci ildə, o, Türkiyənin Mersin Dövlət Operasının
Daimi dirijoru olub. Həmçinin Buenos Ayres, Kann Filarmoniya orkestrləri,
Brüssel Filarmoniyası və digər nüfuzlu orkestrlərə dirijorluq edib. Pianino
ifaçıları Yeganə Axundova və Səidə Tağızadə xanım Natali Marənin dirijorluğu
ilə orkestri müşayiət edəcəklər”. Səfir konsertə partnyorluq edən qurumlara da
təşəkkürünü bildirdi: "Partnyorlarsız bu konsert mümkün olmazdı. Ona görə Azərbaycan
Mədəniyyət Nazirliyinə, Azərbaycan Dövlət Filarmoniyasına, Azərbaycan
Televiziya və Radio Verilişləri Şirkətinə və onun orkestrinə təşəkkür edirəm!”
Xanım Natali Marən təşkilatçılara
minnətdarlıq edərək Bakıda konsertindən məmnunluq duyduğunu dedi: "Ümid edirəm
ki, Azərbaycana bir də qayıdacağam”.
Pianino ifaçısı
Səidə Tağızadə konsertin böyük uğurla keçəcəyinə
inandığını söylədi: "Biz bu konsertə çox hazırlaşmışıq. Hesab edirik bu konsert
Azərbaycanla Fransa arasındakı mədəni əlaqələrin inkişafında yeni pillə
olacaq”.
Xalq artisti
Yeganə Axunodva bildirdi ki, "Frankfoniya həftəsi”
Azərbaycan və Fransanın mədəni əlaqələrinə daha sıx təkan verir. Bakıda bu
həftə çərçivəsində gözəl tədbirlər keçdi, Konsert də bu Həftə üçün gözəl bir
töhfədir”.
Konsertdə Hector Berliozun "Beatriç və Venedikt”
operasından uvertura, Fransis Pulenkin iki fortepiano və orkestr üçün konserti
və Robert Şumanın 4-cü simfoniyası əsərləri yüksək peşəkarlıqla ifa olundu.
Təranə Məhərrəmova