• cümə, 19 Aprel, 01:06
  • Baku Bakı 18°C

Naqif Həmzəyev virtual sorğuda “İlin ən aktiv deputatı” seçilib

02.12.19 22:47 392
Naqif Həmzəyev virtual sorğuda “İlin ən aktiv deputatı” seçilib
"İslahatçı Gənclər” İctimai Birliyi Editor.az İnformasiya Portalı ilə birlikdə 2019-cu ilin yekunları ilə əlaqədar olaraq, müxtəlif şəxs və qurumların fəaliyyətinə ictimai rəyi öyrənmək məqsədi ilə virtual sorğuları davam etdirir. Bu çərçivədə ölkəmizin ali qanunverici orqanı olan Milli Məclisin deputatlarının fəaliyyətinə internet istifadəçisi olan vətəndaşların münasibətini öyrənmək məqsədi ilə keçirilən virtual sorğu başa çatıb.
18 noyabr-30 noyabr 2019-cu il tarixlərini əhatə edən virtual sorğuda respondentlər Milli Məclisin plenar və komitə iclaslarında aktivliyinə, seçicilərlə fəal işlədiyinə, beynəlxalq təşkilatlarda səmərəli fəaliyyətinə, qanun yaradıcılığı sahəsində xidmətlərinə görə, İLİN ƏN AKTİV MİLLƏT VƏKİLLƏRİNİ seçiblər.
Qeyd edək ki, Milli Məclisin üzvlərinin sayının çoxluğunu və onların arasında yalnız bir nəfərin ən aktiv deputat olaraq seçilməsinin obyektiv olmayacağını nəzərə alaraq, Sorğu Komitəsi ən çox səs toplayan 10 deputatın İLİN ƏN AKTİV MİLLƏT VƏKİLİ kimi dəyərləndirilməsi haqqında qərar qəbul etmişdi.
Milli Məclisin bütün deputatlarının iştirak etdiyi sorğuda millət vəkilləri arasında ciddi rəqabət müşahidə olunub. Sorğuda ümumilikdə 163. 429 səsin qeydə alınması buna əyani sübutdur.
Beləliklə, 12 gün davam edən virtual sorğunun nəticəsinə əsasən aşağıda adları qeyd olunan 10 deputat səstoplama ardıcıllığına uyğun olaraq, İLİN ƏN AKTİV MİLLƏT VƏKİLİ seçiliblər. Qalib deputatlara "İLİN ƏN AKTİV MİLLƏT VƏKİLİ” Fəxri Mükafatı təqdim ediləcək.
Qalib seçilən 10 millət vəkilimizi təbrik edir, gələcək fəaliyyətlərindən uğurlar arzu edirik.
Qeyd etmək istəyirik ki, bu sorğunun nəticələri yalnız bu virtual səsvermədə iştirak edən internet istifadəçilərinin mövqeyini əks etdirir.
banner

Oxşar Xəbərlər