Naqif Həmzəyev: Ölkəmizdə xalq-iqtidar birliyi qarşılıqlı inam üzərində bərqərar olub
"Müasir Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin
iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla
inkişaf etdirilməsi nəticəsində bu gün ölkəmizin sosial-iqtisadi tərəqqisi
keyfiyyətcə yeni mərhələyə qədəm qoyub”.
Bu barədə "Kaspi” qəzetinə açıqlamasında Milli
Məclisin Gənclər və idman komitəsinin üzvü Naqif Həmzəyev bildirib.
O qeyd edib ki, vətəndaş
cəmiyyətinin formalaşmasına xidmət edən, ölkə vətəndaşının mənafeyinin
və hüquqlarının üstünlüyünü hədəf seçmiş islahatlar,
enerji, nəqliyyat sferalarında, xarici
siyasətdə qazanılan analoji uğurlar bir-birini
tamamlayaraq, dövlətin dayanıqlı inkişafında harmoniya yarada bilib. Deputatın sözlərinə
görə, 2019-cu ilin ilk aylarından
ayrı-ayrı sahələr üzrə verilən qərarlar, həyata
keçirilən islahatlar ölkə vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə,
maddi və mənəvi rifah halının yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi
güclənməsinə xidmət edib.
Millət vəkili N.Həmzəyev deyib ki, son illər aparılan
uğurlu sosial-iqtisadi siyasət nəticəsində yoxsulluq və işsizlik səviyyəsi
nəzərəçarpacaq dərəcədə azalıb, vətəndaşların maddi rifah halı yüksəlib: "Qısa
müddət ərzində minimum əməkhaqqının təqribən iki dəfəyə
yaxın artırılmaqla 130 manatdan 250 manata çatdırılması Azərbaycanda həyata keçirilən
iqtisadi və struktur istilahatlar nəticəsində son dövrlər büdcə gəlirlərin
artması, maliyyə imkanların genişlənməsi sosial sahəyə daha çox diqqətin göstərilməsinə əyani sübutdur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkə
vətəndaşlarının həyat səviyyəsinin yüksəlməsinə, maddi və mənəvi rifah halının
yaxşılaşmasına, Azərbaycanın müstəqil dövlət kimi güclənməsinə xidmət edir.
Problemli kreditlərin həlli istiqamətində məlum sənədin imzalanması, maaşların,
pensiyaların, minimum əməkhaqqının, sosial müavinətlərin artırılması ölkədə
sosial-iqtisadi islahatlarla bağlı növbəti mərhələnnin başlanğııcı oldu. Cari ilin birinci
yarısının sosial-iqtisadi yekunları isə bir daha təsdiq etdi ki, Azərbaycan
innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişafdadır.
Xüsusilə də qeyri-neft sektorundakı artım tempi bu sahənin inkişafı
istiqamətində həyata keçirilən siyasətin uğurlu olmasından xəbər verdi. Ölkə
iqtisadiyyatının, qeyri-neft sektorunun, qeyri-neft sənayesinin artması, kiçik
və orta sahibkarlığın, kənd təsərrüfatının dayanıqlı şəkildə inkişafı, ticarət
dövriyyəsinin artması yaxşı göstəricilərdən oldu. Ölkə başçısı İlham
Əliyevin qeyd etdiyi kimi, bütün iqtisadi göstəricilər onu deməyə əsas verir
ki, biz düzgün istiqamətdə inkişaf edirik və qarşıda duran bütün vəzifələri
icra edirik”.
Deputat vurğulayıb ki, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət
idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi,
sosial-iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların
davamlı xarakter daşıması Prezident
İlham Əliyev tərəfindən verilən vədlərin sözdə deyil,
əməldə öz təsdiqini tapdığını növbəti dəfə sübut edib: "Artıq Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi
ilə sosial dövlət modelini uğurlu tətbiq edən ölkələr sırasındadır.
Ölkə Prezidentinin humanizmi, xoş gündə də, dar
gündə də xalqının
yanında olması, xalqın arzu və istəklərini reallaşdırması, xalqa
arxalanaraq inqilabi islahatlara getməsi müstəqil Azərbaycanımızı daha
böyük zəfərlərə, iqtisadiyyatın,
əhalinin rifah halının daha da yüksəlməsinə doğru
aparır.
Azərbaycan xalqı hər zaman ölkə başçısı
tərəfindən həyata keçirilən tədbirləri, imzalanan sərəncam və fərmanları yüksək
qiymətləndirir, atılan addımları alqışlayır. "Mən bütün Azərbaycan xalqının,
hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm. Mənim borcumdur ki, imkan
daxilində hər bir vətəndaş inkişafa, yaxşılığa doğru irəliləyişi görsün və onu
hiss eləsin” söyləyən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti xalqımız
dəstəkləyir. Eyni zamanda, yaxşı bilirlər ki, Prezident İlham Əliyevin uğurlu və mütərəqqi sosial
siyasəti, hər bir vətəndaşına olan yüksək münasibəti xalqın həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasına xidmət edir. Bu da xalq –
iqtidar birliyinin qarşılıqlı inam və etimad üzərində bərqərar olduğunun əyani
təsdiqidir”.
Kaspi.az