• bazar, 24 Noyabr, 09:59
  • Baku Bakı 15°C

Naqif Həmzəyev: "İqtisadi rayonların yeni bölgüsü xüsusi əhəmiyyət kəsb edir"

08.07.21 19:45 299
Naqif Həmzəyev: "İqtisadi rayonların yeni bölgüsü xüsusi əhəmiyyət kəsb edir"
Cənab Prezident İlham Əliyevin fərmanı ilə yeni iqtisadi rayonların yaradılması və rayonlarının sayının əvvəlki illərdən fərqli olaraq artırılması xüsusi əhəmiyyət kəsb edir. Xüsusilə də, Azərbaycanda Qarabağ və Şərqi Zəngəzur rayonlarının yaradılması işğaldan azad olunmuş ərazilərə qayıdış prosesinin sürətlənəcəyindən xəbər verir. Eyni zamanda, Prezidentin bu fərmanı həmin ərazilərdə iqtisadi potensialın artırılması üçün mövcud hədəflərin bəlli olduğunun göstəricisidir.
Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Millət vəkili bildirib ki, bir neçə ay öncə "Dağlıq Qarabağ”,” Aran Qarabağı” və başqa terminlərdən istifadə edilirdisə, indi bu terminlər tarixə qovuşub:"Artıq Qarabağ iqtisadi rayonu terminindən istifadə edəcəyik. 100 il bundan öncə Zəngəzur ərazisi iki yerə bölünərək bir hissəsi Ermənistanın, bir hissəsi isə Azərbaycanın tərkibində qalıb. Bu baxımdan da Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması ilə biz bütün dünyaya göstərdik ki, Şərqi Zəngəzuru işğaldan azad etdik, Qərbi Zəngəzura isə iqtisadi layihələrimizlə gəlirik. Zəngəzur dəhlizi isə tez bir zamanda fəaliyyətə başlayacaq və Azərbaycan Naxçıvanla öz quru əlaqəsini bərpa edəcək”.
Naqif Həmzəyev bildirib ki, əvvəlki dövrlərdən fərqli olaraq iqtisadi rayonlarının tərkibinə yenidən baxılaraq sayının 14-ə çatdırılması onu deməyə əsas verir ki, Azərbaycanda rayonların sosial-iqtisadi inkişafını sürətləndirmək üçün daha spesifik imkanlar yaradılır:"Azərbaycanda şəhər və rayonların potensialı düzgün dəyərləndirilirib və onlar qruplaşdırılaraq bir iqtisadi rayonda mövcud imkanlarla iqtisadi inkişafın təşkili mümkün olacaq. Qarabağ zəfərindən sonra Azərbaycanın qarşıda hədəfi işğaldan azad olunmuş ərazilərimizə qayıdışı təşkil etmək və Azərbaycan əhalisinin sosial rifahını daha da yaxşılaşdırmaq, iqtisadi dirçəlişə nail olmaq, neftdən və qazdan aslılığı azaltmaqdır. İqtisadi rayonların yaradılması da birbaşa bu məqsədlərə xidmət edir”.
banner

Oxşar Xəbərlər