Naqif Həmzəyev “Heç bir qüvvə Azərbaycanın uğurlarına kölgə sala bilməz”
"Azərbaycan
bu gün dünyada sabitlik adası, əmin-amanlığın hökm sürdüyü təhlükəsiz ölkə kimi
məşhurdur. Dünyada baş verən qanlı münaqişələr, toqquşmalar, müharibələr,
risqlər və təhdidlər fonunda ölkəmiz inkişaf edib, beynəlxalq aləmdə söz
sahibinə çevrilib”.
Bu
barədə millət vəkili Naqif Həmzəyev "Kaspi” qəzetinə açıqlamasında bildirib. O
qeyd edib ki, ölkəmizdə sabitliyin və təhlükəzsizliyimizin
təminatçısı xalq və onun hakimiyyətlə olan monolit birliyidir. Deputatın
fikrincə, bu birliyin kökündə xalqın öz Prezidenti İlham Əliyevə
olan inamı, etimadı və etibarı dayanır.
Millət
vəkili N.Həmzəyev vurğulayıb ki, xalqının sevgisini qazanmağın
əsas amili ölkə başçısının
məhz xalqın mənafeyindən irəli gələn bir siyasəti həyata keçirməsidir:
"Prezident İlham Əliyevin praqmatik siyasi kursu nəticəsində Azərbaycan
regionun ən güclü və əhəmiyyətli ölkəsinə, işğalçı Ermənistan istisna olmaqla
bütün qonşuları ilə əməkdaşlığın mərkəzi məkanına çevrilib. Həm də bu
əməkdaşlıq yalnız sərhəd qonşularımızla məhdudlaşmayıb, Asiyanın və Avropanın
bir sıra dövlətlərini də bu əməkdaşlıq müstəvilərinə cəlb etməyə nail olub. Azərbaycan ikitərəfli və çoxtərəfli regional əməkdaşlıq formatlarının
əsas hərəkətverici həlqəsi kimi fəal siyasəti ilə diqqət mərkəzində olması, mötəbər
beynəlxalq tədbirlərin, idman yarışlarının məhz ölkəmizdə keçirilməsi
anti-Azərbaycan qüvvələri hərəkətə keçirir. May ayının 29-da Bakıda UEFA Avropa
Liqasının final matçının keçiriləcəyi ərəfədə əvvəllər ölkəmizin imicinin
üzərinə kölgə salmağa çalışan "Amnesty İnternational” təşkilatını da "fəallaşdırıb”.
Bəzi xarici dairələrin əlində sadəcə alət rolunu oynayan bu təşkilat yenə ara
qatmağa, ürək bulandırmağa başlayıb. Əslində "Amnesty İnternational”ın fəaliyyəti,
onun qərəzli fikirləri bu təşkilatın müəyyən siyasi maraqlara xidmət etdiyini
və ayrı-ayrı ölkələrlə, o cümlədən Azərbaycanla bağlı konkret olaraq sifariş
yerinə yetirdiyini göstərir. Bununla da Azərbaycana qarşı qərəzli mövqe tutan,
ölkəmizin dünyadakı artan nüfuzuna və imicinə qısqanc yanaşan, uğurlarımızı,
nailiyyətlərimizi gözü götürməyən daurələrin mövqeyini ifadə etmiş olur. Həmin
qüvvələr isə hər vəchlə Azərbaycan dövlətini dünya birliyinin, beynəlxalq
ictimaiyyətin gözündən salmağa, onun nüfuzuna, imicinə zərbə vurmağa
çalışanlardır”.
Millət vəkili
söyləyib ki, "Amnesty İnternational” təşkilatının arxasında Azərbaycanın beynəlxalq
miqyasda getdikcə artan nüfuzuna zərbə vurmaq məqsədi daşıyan ermənu lobbisi və
bəzi anti-Azərbaycan dairələr dayanır: "Ancaq bütün bu
cəhdlərə rəğmən, heç bir qüvvə ölkəmizin uğuruna, inkişafına, beynəlxalq tədbirlərə ev
sahibliyi etməsinə əngəl törədə bilməz. Əvvəlki beynəlxalq tədbirlər kimi UEFA
Avropa Liqasının final matçı da yüksək səviyyədə
keçiriləcək. Bu dəfə də ölkəmizə qarşı ləkəyaxma kampaniyası aparanların
planları alt-üst olacaq”.