Naqif Həmzəyev: "Azərbaycanın inkişafı, ordu quruculuğu bundan sonra da davam etdiriləcək"
"Böyük zəfər,
Prezident İlham Əliyevin regionda yaratdığı yeni geosiyasi reallıq Azərbaycanın
beynəlxalq nüfuzunun daha da yüksəlməsinə səbəb olub. 44 günlük savaş, ondan
sonrakı mərhələdə Prezident İlham Əliyevin müzakirə və debatlarda, mətbuat
konfranslarında ən mürəkkəb sualları peşəkar formada cavablandırması ölkə Başçısının
yüksək məntiqi, intellektini, diplomatik məharətini, dünyada, regionda və ölkədə
baş verən hadisələr barədə tam məlumatlı olduğunu bir daha təsdiq edib. Azərbaycanı
informasiya savaşında qalib edən Prezident İlham Əliyevin yanvarın 12-də yerli
televiziya kanallarına geniş müsahibəsi, jurnalistlərin bir çox məsələlərə dair
suallarına cavabları beynəlxalq müstəvidə respublikamızın milli maraqlarının qətiyyətlə
təmin olunduğunu nümayiş etdirilib".
Kaspi.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.
Millət
vəkili qeyd edib ki, Azərbaycan Prezidenti müsahibəsi zamanı jurnalistin Ermənistanın
zaman-zaman törətdiyi təxribatlar, baş verən ciddi toqquşmaların bir daha baş
verməməsi üçün Azərbaycanın hansı rıçaqlardan istifadə edəcəyi və delimitasiya,
demarkasiya ilə bağlı bu il hansı tədbirlərin görüləcəyinə də aydınlıq gətirib.
"Biz təklif
etmişik ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü tanısın, sərhədlərin
delimitasiyası ilə bağlı işlərə start verilsin, kommunikasiyaların açılması
prosesinə start verilsin və sülh müqaviləsi imzalansın. Yəni, sülh müqaviləsinin
imzalanması 100 faiz qarantiya olmasa da, hər halda, müharibə riskini böyük dərəcədə
minimuma endirir. Halbuki, biz onu da bilməliyik ki, istənilən sülh müqaviləsi
Ermənistan üçün, sadəcə, kağız parçası ola bilər”, - deyə Prezident İlham
Əliyev qəti fikrini bildirib.
Dünya səviyyəli
siyasətçi kimi dəyərləndirilən Prezident İlham Əliyevin informasiya sahəsində fəaliyyəti
istər müharibə dövründə, istərsə də post-konflikt mərhələsində Ermənistan və
erməni lobbisinin çoxillik səylərini darmadağın edib. Azərbaycanı istəməyən
xarici qüvvələrin qərəzli mövqeləri qarşısında geri çəkilməyən və onları öz məntiqi
ilə tərk-silah edən Prezident Əliyev yeni informasiya strategiyası və
informasiya sahəsində yeni və fərqli bir model nümayiş etdirir. Təsadüfi
deyil ki, ölkə Başçımız müsabələrində bölgə
siyasətinin taleyini həll edəcək ciddi mesajlar verir, 21-ci əsrin tələblərinə uyğun
yeni doktrina ortaya qoyur.
Prezident müsabəsində
sərhəddə törədilmiş təxribatlara da toxunub, "Ola bilsin, dünənki təxribatın mənşəyi
də son vaxtlar MDB məkanında baş vermiş hadisələrdir və hesab edirlər ki, bunların
imkanları artıb, yaxud da haradansa dəstək ala bilərlər. Amma
unutmamalıdırlar ki, İkinci Qarabağ müharibəsindəki kimi, kimin onlara yardım
edəcəyindən asılı olmayaraq, biz istədiyimizə nail olacağıq və heç kim bizi
dayandıra bilməz, heç nə bizi dayandıra bilməz. Bizi dayandıran sadəcə odur ki,
üçüncü müharibə istəmirik, bu, bizim planlarımızda yoxdur. Biz istəyirik ki,
müharibə dövrü başa çatsın, istəyirik ki, normal əlaqələr yaradılsın, Ermənistan
Azərbaycanın ərazi bütövlüyünü, nəhayət, tanısın. Biz bunu istəyirik. Amma əgər
biz görsək ki, dediyim kimi, bizim üçün təhlükə var, o təhlükə elə yerindəcə məhv
ediləcək”.
Azərbaycanın
inkişafı, ordu quruculuğu, qoşunların modern döyüş qabiliyyətinin artırılması
istiqamətində fəaliyəti bundan sonra da davam etdiriləcək. Ermənistanda güclü
revanşist əhvali-ruhiyyəsinin hökm sürdüyünü nəzərə alsaq ordumuzun döyüş
imkanlarının artırılması daim diqqət mərkəzində olacaq. Ölkə Prezidentinin
dediyi kimi "Bizim gördüyümüz tədbirlər nəticəsində Azərbaycan Silahlı Qüvvələri
İkinci Qarabağ müharibəsi dövründə nümayiş etdirildiyindən daha güclü olacaq”.