• cümə axşamı, 25 aprel, 04:33
  • Baku Bakı 19°C

Nalbandyan Moskvaya hesabat verməyə gedir

08.04.15 06:18 936
Nalbandyan Moskvaya hesabat verməyə gedir
Ermənistan xarici işlər naziri Edvard Nalbandyan rəsmi səfərlə Rusiyaya etdiyi səfər öncəsi bu ölkənin “Beynəlxalq həyat” jurnalına müsahibə verib. Erməni nazir hər dəfə olduğu kimi, yenə də öz ampluasında qalaraq utanmadan həqiqətləri təhrif etməyə çalışıb. Nalbandyan qondarma erməni soyqırımının 100 illiyinin qeyd olunmasını rəhbərlik etdiyi nazirliyin prioritet məsələsi kimi gördüyünü dilə gətirib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətini cəlb etmək üçün qüvvələri mobilləşdirmək zəruridir. Nazir utanmadan növbəti dəfə Türkiyəni ittiham edib. Rəsmi Ankaranı qondarma soyqırımının tanınmaması istiqamətində addımlar atdığını vurğulayıb. Halbuki, Türkiyə dəfələrlə bu məsələ ilə bağlı ikitərəfli komissiyanın yaradılmasını, problemin tarixçilərin öhdəsinə buraxılmasını təklif edib. Ermənistan isə həqiqətlərin üzə çıxmasından ehtiyat edərək, bu çağırışları qulaqardına vurub. Nazir xarici siyasətin qarşısında duran ikinci məsələ kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini göstərib. Onun sözlərinə görə, bu yol münaqişənin dinc danışıqlar yolu ilə həllindən keçir. Bura həmçinin, xalqların öz müqəddəratını təyin etmək hüququnun olmasını əlavə edib. Və burada BMT prinsiplərinə istinad da edib. Lakin erməni nazir işğal altında olan Azərbaycan torpaqlarını yada salmayıb. Halbuki, Nalbandyan istinad etdiyi BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı dörd qətnaməsi var. Amma o yenə də bu barədə bir kəlmə belə danışmayıb.
Nazir Ermənistanın xarici siyasət idarəsi qarşısında duran məsələlər sırasında dost ölkələrin sayının artırılması, mövqelərin gücləndirilməsi, beynəlxalq təşkilatlarda iştirakın artırılmasını da göstərib. Lakin o, son vaxtlar Avropadan tamamilə üz döndərmələrinə toxunmaq istəməyib. Bəlli olduğu kimi, Ermənistan “Şərq tərəfdaşlığı” proqramından imtina edərək Rusiyanın Avrasiya İqtisadi Birliyinə və Gömrük Birliyinə üzvlüyü seçib. E.Nalbandyan bəyan edib ki, Rusiya ilə strateji, müttəfiq münasibətlərini möhkəmləndirmək üçün bütün mövcud imkanlardan istifadə edirlər. Avrasiya İqtisadi Birliyi ilə bağlı sualı cavablandıran nazir açıq formada olmasa da, üstüörtülü şəkildə gözləntilərinin puç olduğunu söyləyib. O deyib ki, quruma üzv olarkən bir sıra problemlərin aradan qaldırılacağına ümidvar olublar. Bu problemlər sırasına malların daşınması, xidmət, kapital və işçi qüvvəsini daxil edib.
Ukraynada baş verənlərə də münasibət bildirən nazir faktiki olaraq Rusiyanın Ukraynada apardığı müharibəni və işğal faktını müdafiə etdiklərini söyləyib.
Yeri gəlmişkən, erməni mətbuatı da Nalbandyanın Moskva səfərinə yer ayırıb. “168 jam” saytı səfərlə bağlı maraqlı notlar ortaya qoyub. Qeyd edilib ki, iki ölkə arasında münasibətlər çox vaxt üst-üstə düşür, elə hallar da olur ki, yaxınlaşma hiss olunur. Yəni Rusiya diplomatikcəsinə bəyan edir ki, iki ölkənin üst-üstə düşməyən mövqeləri də var. Bu sırada ilk növbədə Rusiyanın Azərbaycana silah satışı və buna prezident Serj Sarkisyan və xarici işlər naziri Edvard Nalbandyann etiraz etməsi qabardılır. Rusiya Dövlət dumasının spikeri Sergey Narışkin də Ermənistana səfəri zamanı bu məsələyə toxunaraq bunu sırf biznes sövdələşməsi kimi xarakterizə edib. Nalbandyanın səfər zamanı S.Narışkinlə də görüşü nəzərdə tutulub və Rusiya tərəfi də buna böyük önəm verir. Qəzet yazır ki, Ermənistanla Rusiya arasında münasibətlər elə də normal axarda getmir və Moskva Yerevanın maraqlarına zidd olan addımlar atır. Bir faktı da qeyd edək ki, Rusiya Dövlət Dumasının spikeri S.Narışkin İrəvana etdiyi səfərdən sonra erməni mətbuatının kəskin zərbələrinə tuş gəlib. Erməni mətbuatı S.Narışkinlə İrəvana birlikdə gəlmiş başqa bir deputat - “Vahid Rusiya” partiyasından olan deputat, opera müğənnisi Mariya Maksakova arasında şübhəli münasibətin olduğunu iddia edib.
Ermənilərin S.Narışkinə nifrətinin səbəbi hələ ki, aydın deyil. Ola bilər ki, Rusiya Dövlət Dumasının sədri İrəvanda olarkən işğalçı ölkənin qarşısında ciddi şərtlər qoyub və bu da ermənilərin şantaj yolu tutmasına səbəb olub. İki ölkə arasında keçiriləcək danışıqlarda şübhəsiz ki, Gümrüdə baş verənlər və bu fonda ictimaiyyət arasında artan antirusiya əhval-ruhiyyə də müzakirə olunacaq. E.Nalbandyan müsahibəsində nədənsə bu məsələyə toxunmaq istəməyib.
O da qeyd edilməlidir ki, Ermənistan XİN rəhbəri AİB ilə bağlı optimist əhvalda olsa da, ekspertlər fərqli fikirdədir. Erməni şərhçi Akop Badalyan bununla bağlı məqaləsində qeyd edib ki, Serj Sarkisyan hakimiyyətinin bu ilin əvvəlindən ölkəni sürüklədiyi birliyin fəlakətinin sonucları artıq özünü göstərir. “170 milyonluq bazar və daha yüksək təhlükəsizlik barədə mif bir neçə ay ərzində dağıldı və bunun sonu görünmür” - deyə şərhçi vurğulayıb. Onun sözlərinə görə, müstəmləkə səviyyəsinə endirilmiş Ermənistanın iş adamlarına üçüncü ölkələrlə birbaşa əlaqələr qurmaq qadağan edilib: “İnhisarçıların və oliqarxların parçaladığı Ermənistan biznesinə texniki baxımdan Avrasiya İqtisadi Birliyi tərəfindən böyük maneələr yaradılıb”.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər