• bazar ertəsi, 02 dekabr, 01:30
  • Baku Bakı 8°C

Nail Çələbi: “Zeytun Budağı” hərəkatında ölkəmizi tək qoymayan yalnız türk dünyası oldu

21.03.18 11:45 767
Nail Çələbi: “Zeytun Budağı” hərəkatında ölkəmizi tək qoymayan yalnız türk dünyası oldu
Türk Dünyası Parlamentlər Birliyi (TDPB) Novruz bayramı münasibətilə Türkiyənin paytaxtı Ankarada bayram mərasimi təşkil edib.
1news.az-ın məlumatına görə, TDPB sədri Nail Çələbi bu bayramın Türk dünyasına birlik-bərabərlik gətirməsini diləyərək deyib:
"Novruz Yeni il və baharın başlanğıcı kimi qeyd olunsa da, türklər üçün ayrı bir dəyəri var. 3 min ildən artıq yaşı olan Novruz həm də bütün türk dünyasının bayramıdır. Ona görə mən özünü türk hiss edən hər kəsi Novruz bayramı münasibətilə təbrik edir və arzulayıram ki, zülmə məruz qalan türk olmasın və dünyada işğal altında olan nə qədər türk torpağı varsa tezliklə geri qaytarılsın”.
Nail Çələbi Türkiyə ordusunun Suriyada həyata keçirdiyi "Zeytun budağı” hərəkatına da toxunub: "Terror və terrorçulara dəstək verən ölkələrə qarşı Türkiyənin yanında yalnız türk dünyası oldu. Afrin - Zeytin budağı hərəkatında ölkəmizi tək qoymayan ancaq türk dünyası dövlətləri və xalqları oldu. Biz bir daha bunun şahidi olduq ki, türkün türkdən başqa dostu yoxdur”.
Bayram mərasimində iştirak edən Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç, birliyin fəxri üzvü Yüksel Değercan, birliyin koordinatoru Adnan Fişek, millət vəkilləri və mətbuat nümayəndələri Novruzun şərəfinə alışdırılan tonqalın üzərindən atılıb, onun ətrafına yığışaraq söhbət mübadiləsi aparıblar.
Tədbir bayram ziyafəti ilə sona çatıb.
banner

Oxşar Xəbərlər