• cümə, 19 Aprel, 01:46
  • Baku Bakı 18°C

Nail Çələbi: "İndi Türkiyə Birliyi dövrüdür”

13.03.18 18:19 897
Nail Çələbi: "İndi Türkiyə Birliyi dövrüdür”
"Dünya hazırda, istiqlal savaşında olduğu kimi Türkiyənin və türklərin qarşısında dayanıb”. Azadinform xəbər verir ki, bunu Türk Dünyası Parlamentlər İttifaqının sədri Nail Çələbi bu gün keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, Türkiyənin terror və terrora dəstək verən ölkələrə qarşı tək başına mübarizə edir.
Türkiyənin Afrində başlatdığı "Zeytin Budağı” əməliyyatında sonuna qədər haqlı olduğunu vurğulayan Çələbi, ölkəsinin təklənməyə çalışıldığını vurğuladı.
Çələbi, "Artıq Avropa Birliyi bənzəri Bir Türk Birliyinin qurulması şərtdir. Türk Birliyi olsaydı Türkiyə bu qədər yalnız olmaz, dayanacaq bir gücümüz olardı." deyə bildirib.
N.Çələbi, dövlətin və ölkənin həmişə birliyə və həmrəyliyə çalışdıqlarını izah edərək bildirib ki, "İndi Türkiyə Birliyi dövrüdür və bunun üçün bütün gücümüzlə işləyəcəyik".
O, Qeyri-Hökumət Təşkilatlarının Türk dünyasının birliyi və həmrəyliyi üçün son dərəcə əhəmiyyətli olduğunu izah edib: "Türk dünyasının millət vəkilləri, jurnalistlər, iş adamları, idarəçilərilə, və QHT-lərlə əl-ələ verərək Türk dünyasının birliyi üçün çalışacağıq.
Bu çərçivədə Çələbi türk jurnalistlərindən də dəstək istəyib.

Fidan Afər
Ankara


banner

Oxşar Xəbərlər