• cümə, 29 Mart, 18:44
  • Baku Bakı 14°C

Naftalan nefti əsasında çoxlu sayda dərman preparatı hazırlana bilər

23.04.19 13:30 491
Naftalan nefti əsasında çoxlu sayda dərman preparatı hazırlana bilər
Azərbaycanın Naftalan nefti əsasında çoxlu sayda dərman preparatı hazırlana bilər.
Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu (QSTF) və Qlobal Sağlamlıq Turizm Şurasının (QSTŞ) 5-ci Assambleyasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, hələ bir müddət əvvəl Naftalan nefti əsasında dərman preparatı alınıb və 2014-cü ildə Səhiyyə Nazirliyində təkrar qeydiyyatdan keçib.
V.Abbasov əlavə edib ki, bu gün Naftalan nefti əsasında 15 dərman preparatı əldə edilir: "Naftalan nefti 70 xəstəliyin əvəzsiz məlhəmidir. Naftalan nefti yanıqlar, dəri, ginekoloji və s. xəstəliklər üçün çox faydalıdır. Hesab edirəm ki, artıq Naftalan neftinin vannası ilə yanaşı, onun preparatlarından da çox geniş istifadə edilməlidir. Biz Naftalan nefti əsasında çoxlu sayda dərman preparatı hazırlaya bilərik".
İnstitut direktori deyib ki, 2018-ci ildə Naftalanda dünyanın 62 ölkəsindən gələn 35 min turist müalicə edilib: "Bu, mövcud imkanların az hissəsidir. İl ərzində Naftalana gələn turistlərin sayını 100 minə çatdırmaq üçün çalışmaq lazımdır".
banner

Oxşar Xəbərlər