AZE | RUS | ENG |

Myanmada “donuz qripi” xəstəliyindən 54 nəfər ölüb

Myanmada “donuz qripi” xəstəliyindən 54 nəfər ölüb
Myanmada "donuz qripi” xəstəliyindən ən azı 54 nəfərin öldüyü bildirilir. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, H1N1 virusu bu ölkənin bütün regionlarına yayılıb.
Myanmanın Səhiyyə və İdman Nazirliyinin təmsilçisi Fyu Fyu Aye bildirib ki, bir ay əvvəl başlayan epidemiyanın ən ciddi fəsadları ölkənin meqapolisi sayılan Yanqonda müşahidə olunur. Onun sözlərinə görə, təkcə bazar ertəsi günü bu şəhərdə "donuz qripi” xəstəliyindən altı nəfər dünyasını dəyişib. Nazirlik rəsmisi əlavə edib ki, Yanqonda 43 nəfər də xəstəxanalarda müalicə olunur.
Nazirliyin yaydığı məlumata görə, 671 potensial virus daşıyıcısından 274-də xəstəliyin ağır əlamətləri aşkar edilib. Qeyd olunub ki, H1N1 virusunun düynada yayıldığı 2009-cu ildən Myanmada "donuz qripi” hər mövsüm ölümlərə səbəb olur.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8799
GEL 1 1 Gürcüstan larisi 0.5718
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1349
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7147
KWD 1 1 Küveyt dinarı 5.597
TRY 1 1 Türkiyə lirəsi 0.2973